• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Afrika qəssabı”: Fransanın gizlətdiyi gerçək tarixi...

  • 21.11.2020, 19:36, Baxış sayı:
“Afrika qəssabı”: Fransanın gizlətdiyi gerçək tarixi...
“Afrika qəssabı”: Fransanın gizlətdiyi gerçək tarixi...
“Afrika qəssabı”: Fransanın gizlətdiyi gerçək tarixi...Avropanın tarixini dəyişən inqilab, Napoleon, “demokratiyanın beşiyi”...

Bu Fransanın bilinən tarixidir, bir də bilinməyən, israrla gizlədilən gerçək tarixi var.

Afrika: “Qara Qitə”nin qaranlıq günləri bu gün demokratiyadan, haqdan-ədalətdən bəhs edən Fransanın gerçək tarixidir.

“Qara Qitən”nin 20-dən çox ölkəsində müstəmləkə hakimiyyəti quran Fransa sözün gerçək mənasında “Afrika qəssabı” rolunu oynadı.

“Afrika qəssabı”nın qətliamları

Əlcəzair soyqırımı: 1830-1962-ci illər ərzində Fransa işğalında olan Əlcəzairdə bütün təbii sərvətlər talan olundu, insanlar kölə olaraq satıldı.

1954-1962-ci illərdə Əlcəzairin müstəqillik müharibəsi soyqırımı ilə nəticələndi. Fransa 1,5 milyon əlcəzairlini qətlə yetirdilər. Təkcə 1945-ci ilin 8 mayında Fransa ordusunun Setif, Quelma və Karatta bölgələrində nümayişlərə havadan və urudan hücumu nəticəsində 45 min insan öldürüldü. Fransanın Əlcəzairi işğal altında saxladığı 132 il müddətində 5,5 milyon əlcəzairli etnik təmizlənməyə məruz qalıb.

Əlcəzairin prezidenti Əbdülməcid Tebbun bildirir ki, “Fransa Əlcəzair xalqının yarısını məhv etdi”.

Dövrün “La Croix” jurnalının müxbiri Jacques Duquesne yazırdı: “İşgəncələr, insanların yoxa çıxması əsas problem idi. Kişilər, bəzən də qadınlar həbs olunur, daha sonra onlardan heç bir xəbər olmurdu. Cəsədlər daş bağlanaraq dənizə atılırdı. Dənizə atılan belə cəsədlərin sayı 5 minə yaxın idi. Fransız əsgərlərin təzyiq və sındırma üsullarına namusa təcavüz və kəndləri tamamilə məhv etmək kimi əməlləri də daxil idi. Bir əsgərin söylədiyinə görə, həkim kimi işlədiyi hərbi hissədə demək olar ki, gün ərzində işgəncəyə məruz qalmış şəxsləri müalicə edirmiş. Demək olar ki, hər yerdə ən çox tətbiq olunan işgəncə üsulu qadınların cinsi orqanları da daxil olmaqla bədənin hər yerinə elektrodlar yerləşdirilərək cərəyan vermək idi. Digər işgəncə üsulları isə insanı yox etmək məqsədi daşıyırdı. Qurbanın ya xortumla ağzının içinə su vurulur, ya dırnaqları çıxarılır, ya başı su dolu çəlləyə salınır, ya da ayaqları çətinliklə yerə dəyəcək şəkildə saatlarla biləklərindən asılı vəziyyətdə saxlanılırdı. Bu hələ işgəncə üsullarından bəziləridir. Bütün bunları yazmaq asan deyil. Mən bildiklərimin yalnız çox az qismini söylədim”.


Bu, Fransanın gerçək tarixidir, lakin təkcə Əlcəzairlə bitmir.

Cibuti - “qanlı sıyıq”: 1859-cu ildə Fransa ordusu Cobutinin Ubuk şəhərini ələ keçirdilər. Üç il davam edən işğalın sonunda – 1862-ci ildə Tecura sultanı Əhməd Əbu Bəkir Ubuk şəhərini 52 min frans müqavilində Fransaya təhvil verməyə məcbur edildi. Bu, başlanğıc idi və sonra illərdə bütün qəbilə başçıları fransız müstəmləkəsini qəbul etməyə məcbur edildi. Daha sonra müsəlma əhalinin zorla xristianlaşdırılması həyata keçirildi və bu proses “qanlı sıyığı” xatırladır: imtina edilənlər sorğusuz-sualsız məhv edilirdi.

Tədbir iştirakçılarının qətli: Fransa müstəmləkə qurduğu Afrikada yerli əhalinin dinini dəyişdirmək siyasəti həyata keçirirdi. Müsəlmanlar buna etiraz etdiyi üçün məhv edilirdi. 1917-ci ildə Fransanın bu siyasətinə qarşı böyük qiyam başlandı, lakin nəticə əldə edə bilmədilər. Fransa ordusu dəhşətli üsullarla qiyamı yatırdılar. Çadda baş verənlər də Fransanın qaranlıq tarixinin gerçək üzüdür. 1911-ci ildə Çadı işğal edən Fransa yerli əhalini dinini dəyişdirməyə məcbur edirdi.

Məcsidləri, mədrəsələri dağıdır, etiraz edənlər yerindəcə güllələnir, namaz qılanlar məhv edilir, İslama aid hər şey məhv edilirdi. İslam alimləri Fransa zülmündən xilas olmağın yollarını müzakirə etmək üçün Əbəsə şəhərində tədbir təşkil edirlər. 400 elm adamının iştirak etdiyi tədbir qətliam yuvasına çevrilir. Fransa ordusu salona daxil olaraq, 400 iştirakçının hamısını güllələyir.

Qul ticarəti: Fransanın Afrikadakı müstəmləkə siyasətinin əsas istiqamətlərindən biri də insan alveri idi. 1939-cu ildə Qabon torpaqlarını portuqaliyalılardan satın alan Fransa Atlantik okeanın sahillərində qul bazarı yaratdılar: yerli əhalinin boğazına zəncir vurulur və bazarda satışa çıxarılırdı. Eynu qətliamlar Kamor adalarında da davam etdirildi.

Müsəlman əhalinin dini məcburi dəyişdirilir, İslama aid bütün izlər məhv edilirdi.

1872-1954-cü illərdə Vyetnamda qətlə yetirilən 500 mindən çox insanın qatili də Fransadır.

XX əsrin sonu: Fransanın qətliamı davam edir

Ruanda soyqırımı: Mətbuatdan və yaxın tarixin sənədlərindən tez tez qabağımıza çıxan bu soyqırımın da baş memarı məhz Fransadır.

Huti və tutsilər arasında davam dən münaqişə ölkədə vətəndaş müharibəsinə səbəb oldu. Fransanın dəstəklədiyi huti hakimiyyəti 1994-cü ilin 6 aprelindən 19 iyuluna qədər tutsiləri məhv etdi: bir milyona yaxın inan öldü, ölənlərin 70 faizi tutsilər idi, ölkə əhalisinin 20 faizi cəmi üç ay ərzində məhv edilmişdi. Bu qətliamın arxasında Fransanın olduğuna dair kifayət qədər sənədlər var. Qətliamın başlanmasından bir neçə gün öncə Brundi dövlət başçısı huti və tutsi qəbilələri arasındakı etnik müharibənin arxasında Fransa və Belçikanın olduğunu açıqlanmışdı. Bu qarşıdurmaya son qoymaq üçün vasitəçilik edən Brundi dövlət başçısının olduğu təyyarə 1994-cü ilin 6 aprelində vuruldu və elə həmin gün qətliam başlandı.

Afrikanın onlarla ölkəsi Fransanın soyqırımına məruz qalıb. Bu ölkə indi insanlıqdan, ədalətdən və demokratiyadan bəhs edir. Lakin dünya “Afrika qəssabı”nı unutmayıb...

Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter