• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur

  • 12.01.2024, 12:30, Baxış sayı:
  • 151
Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir sıra mühüm məsələlərə toxunub. Dövlətimizin başçısı müsahibəsində mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi. Azərbaycan Prezidenti, həmçinin vacib mesajlar verməklə yanaşı, Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etmiş oldu.
Cənab Prezident qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Qarabağda nələr baş verdiyindən tam xəbərdar idik, həm vizual, həm operativ nəzarət edirdik. Yəni, bunu Ermənistana çatdırmağa çalışırdıq ki, bu, bizim nəzarətimizdədir və istənilən an biz əməliyyat keçirə bilərik. Həm Ermənistan rəhbərliyinə, həm də beynəlxalq aktorlara bir dəqiqə ərzində düyməyə basıb bu əməliyyatı keçirəcəyini, onların heç nə də edə bilməyəcəklərini açıq şəkildə dediyini vurğulayan dövlətimizin başçısı bildirib: “Bu hadisələrin gedişatı onu göstərdi ki, – hesab edirəm, bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, – bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil”.
Qarabağ məsələsində biz tamamilə haqlıydıq və heç kim bizi bu haqdan məhrum edə bilməz. Müstəqillik ideyalarımızı rəhbər tutmağımızda da haqlı idik. Biz müstəqil ölkəyik və heç kimin sözü və diqtəsi ilə hərəkət etmirik. Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmır və heç vaxt qarışmayıb. Vəzində isə ölkəmizin daxili işlərinə qarışmaya çoxsaylı cəhdlər olub, bizə qarşı xeyli məkrli planlar qurulib. Hələ 1990-cı illərin əvvəllərində ABŞ tərəfindən Azərbaycana qarşı əsassız 907-ci düzəliş qəbul edilmişdi.
Ölkəmizə qarşı olan bu ədalətsizliklərin təməlində Qarabağ məsələsinin həll olunmaması dayanmışdır. Çünki daim bizi təzyiq altında saxlamaq, daim Azərbaycanı diktatura, avtokratiya, demokratiyanı əzən bir ölkə kimi göstərmək bəzi ölkələrin əsas məqsədi olub. Qarabağın azad edilməsi ilə onların planları puç oldu. İkinci Qarabağ müharibəsindən sonra status və Qarabağ ermənilərinin hüquqları mövzularını ortaya atıldı. Bölgədə vəziyyətin qarışdırılması üçün Beynəlxalq missiyanın oraya göndərilməsini təkidlə tələb edilirdi. Son antiterror aksiyasından sonra isə bu rıçaq da əllərindən çıxdı.
Bu gün bölgədə vəziyyətin dəyişməsinə, orada hərc-mərcliyin alovlanmasına çalışan, Ermənistanı silahlandıran, növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ölkəmizə qarşı olan ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar. Dövlətimizin başçısı öz müsahibəsində deyib ki, bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun, burada da Fransa yenə ön plandadır. “Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum”, – deyə Prezident vurğulayıb.
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində həmçinin söyləyib ki, “Fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik. Biz yolumuza davam edəcəyik. Qoşulmama Hərəkatında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs Qrupu yaşayacaq”. “Biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik”, – deyə dövlətimizin başçısı əlavə edib.
Xurşidbanu Natəvanın Fransada heykəlinin təhqir olunması məsələsinə də toxunan Prezident bu hadisə ilə ermənilərin Natəvanın Ağdamdakı məzarını qazmaları arasında müqayisə aparıb, burada bir oxşarlığın olduğunu qeyd edib.

Eldar Urufov,
Sabirabad rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter