Ermənistandan konkret addımlar gözləyirik - Ərdoğan
- 26.07.2022, 19:33, Baxış sayı:
- 403
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Ermənistandan ikitərəfli münasibətlərin normallaşması üzrə konkret addımlar gözləyir.
Muganinsesi.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "TRT" kanalının efirində deyib.
"Biz Ermənistanla münasibətlərin normallaşması prosesinə ciddi və qərarlı yanaşırıq. Ölkəmizdə 100 min erməni var. Onlardan vətəndaşımız olan, vətəndaşlıq almaq üçün namizəd olanlar var. Bu isə bizim bu məsələyə yanaşmamışızı göstərir", - deyə R.T.Ərdoğan bildirib.