• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“MKT İK”nın filial direktoru cinayətdə ittiham edildi

  • 02.11.2021, 22:31, Baxış sayı:
  • 886
“MKT İK”nın filial direktoru cinayətdə ittiham edildi
Sabirabad rayonunda yerləşən “MKT İstehsalat Kommersiya” MMC-yə məxsus pambıq zavodunda işçinin xəsarət almasına görə filial direktoruna ittiham elan edilib.
Prokurorluqdan verilən məlumata görə, ötən il dekabrın 20-də Sabirabad rayonu ərazisində - Axtaçı - Muğan kəndində yerləşən pambıq emalı sexində Qürbət İsayevin iş zamanı ağır dərəcəli bədən xəsarəti alması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla müəyyən edilib ki, “MKT İstehsalat Kommersiya” MMC-nin Sabirabad filialının direktoru Ramil Əsədov, həmin filialın sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssisi Ehtiram Xancanov, xam pambığın qəbulu və emalı şöbəsinin baş mühəndisi Zakir Haqverdiyev və həmin şöbənin mexaniki Eynulla Sadıqov tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları pozulub. Bu səbəbdən filialın operatoru Qürbət İsayevin sağ əlinin qurğunun içərisinə doğru dartılması nəticəsində sonuncu ağır dərəcəli bədən xəsarəti alıb.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Ramil Əsədov, Ehtiram Xancanov, Zakir Haqverdiyev və Eynulla Sadıqova Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə yekun ittiham elan edilməklə cinayət işi baxılması üçün rayon məhkəməsinə gön­dərilib.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter