Özünü Əfqanıstanın müvəqqəti prezidenti elan etdi
- 17.08.2021, 20:46, Baxış sayı:
- 434
Facebook
Вконтакте
Одноклассники
Google+
Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh özünü müvəqqəti prezident elan edib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə tvitter hesabında paylaşım edib.
O bəyan edib ki, Əfqanıstan Konstitusiyasına əsasən, ölkədə prezidentin olmaması, qaçması və ya istefa verməsi halında avtomatik olaraq müvəqqəti prezident səlahiyyətləri ona keçir.
“Hazırda ölkəmdəyəm və qanunən Prezident səlahiyyətləri məndədir”, - o yazıb.
O, xalqını Talibana müqavimət göstərməyə çağırıb, mərhum əfqan lider Əhməd Şah Məsudun ruhuna və mirasına heç vaxt xəyanət etməyəcəyini açıqlayıb.