"Əldə edilən nəticə bizi son dərəcə sevindirdi" - Hulusi Akar
- 11.11.2020, 11:20, Baxış sayı:
- 561
Facebook
Вконтакте
Одноклассники
Google+
“Əldə edilən nəticə bizi son dərəcə sevindirdi. Bu hərəkat bir oyanışdır”.
“Muğanın səsi” Pravda.az-a istinadla xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan Müdafiə Nazirliyində keçirilən tədbirdə deyib.
“Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq bir uğur əldə etdiniz. Hərəkat 44 gündə başa çatdı, amma bu hərəkatdan 44 il boyunca danışılacağından əmin olun. Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi”, - deyə nazir vurğulayıb.