• 22:25 – "Azərbaycan İranla münasibətlərə xüsusi əhəmiyyət verir" - Prezident 
  • 19:01 – İranda Rəisinin prezident seçilməsi rəsmən təsdiqləndi 
  • 07:27 – İlham Əliyevdən hərbi çağırışla bağlı SƏRƏNCAM 
  • 15:57 – Azərbaycanda “Təhsil Tələbə Krediti Fondu” yaradıldı 
  • 07:17 – Ərdoğanın Azərbaycana səfəri başa çatıb 

Nasaz olan helikopter Azərbaycanın Türkiyədə məcburi eniş edən helikopterində nasazlıq aradan qaldırıldı - FOTO

  • 25.05.2021, 11:06, Baxış sayı:
  • 74
Nasaz olan helikopter  Azərbaycanın Türkiyədə məcburi eniş edən helikopterində nasazlıq aradan qaldırıldı - FOTO

Türkiyənin Giresun şəhərində məcburi eniş edən Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterində yaranmış problem aradan qaldırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hərbi helikopterdə baş verən nasazlıq aradan qaldırılıb və Azərbaycan hərbçiləri helikopterin eniş etdiyi bölgəni tərk ediblər.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 20-də Türkiyə ərazisində keçiriləcək “Anatolian Phoenix-2021” beynəlxalq təlimində iştirak etmək üçün Konya şəhərinə uçuş edən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterdə baş verən cüzi nasazlıq səbəbindən Giresun şəhərində məcburi eniş edib. Helikopterin ekipajı arasında xəsarət alan olmayıb.
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter