Qarsda Türkiyə-Azərbaycan birgə hərbi təlimləri davam edir
- 08.02.2021, 08:21, Baxış sayı:
- 519
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə və Azərbaycan hərbçilərinin “Qış-2021” hərbi təlimləri davam edir.
“Muganinsesi.az” Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirib ki, təlimlər çərçivəsində hərbçilər hava və məsafədən atlanmalar yerinə yetirilib.
"Qış-2021" təlimləri Türkiyənin Qars əyalətində fevralın 1-dən 12-dək keçirilir. Təlimlərin məqsədi birgə əməliyyatların keçirilməsi vaxtı hərəkətlərin koordinasiyasını təmin etmək, həmçinin yeni silahlandırılmanı və nəqliyyat vasitələrini sınaqdan keçirməkdir.
Təlimlərdən videokadrlar Türkiyə Milli Müdafiə Nazirliyinin tvitterdəki səhifəsində yerləşdirilib.