Kaliforniyada azərbaycanlılar Qarabağ münaqişəsinin obyektiv işıqlandırılmasını tələb etdi -
- 02.11.2020, 03:17, Baxış sayı:
- 514
Facebook
Вконтакте
Одноклассники
Google+
Kaliforniyada yaşayan azərbaycanlılar San-Fransiskonun mərkəzində ABŞ KİV-də Qarabağ münaqişəsinin ədalətli şəkildə işıqlandırılması tələbi ilə etiraz aksiyası keçiriblər.
Oxu.Az-a açıqlama verən Azərbaycan diasporasının nümayəndəsi Yasmin Bəşirova bildirib ki, sözügedən aksiya San-Fransiskoda yaşayan azərbaycanlıların iki həftə ərzində təşkil etdikləri ikinci aksiyadır.
“Biz ABŞ KİV-dən Dağlıq Qarabağdakı hadisələrin bərabər və obyektiv şəkildə işıqlandırılmasını istəyirik. Biz istəyirik ki, onlar yalnız erməni lobbisinin paylaşdıqlarından deyil, Ermənistan-Azərbaycan münaqişəsi barədə, o cümlədən Bərdə və Gəncədəki facilərdən obyektiv şəkildə bəhs etsinlər. Biz bura toplaşmışıq ki, şəhər ictimaiyyətinə çoxsaylı itkilərə səbəb olan Gəncəyə, Bərdəyə, Tərtərə Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumları barədə danışaq”, - deyə Y.Bəşirova bildirib.
Y.Bəşirova bildirib ki, artıq diaspora nümayəndələrindən CBS telekanalı müsahibə götürüb, həmçinin NBC və ABC telekanalları onlara müraciət edib.