“Ermənistan ordusu Bərdəyə kasetli raketlər atıb” - Hikmət Hacıyev
- 27.10.2020, 14:25, Baxış sayı:
- 502
Facebook
Вконтакте
Одноклассники
Google+
“ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu Bərdədə mülki şəxslərə “Smerç” qurğusundan kasetli raketlərlə hücum edib”.
Lent.az -ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.
“Mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur”, - H. Hacıyev vurğulayıb.