• 12:37 – Türkiyəli Olimpiya və dünya çempionu Sabirabada gələcək 
  • 14:22 – İlham Əliyev xanımı ilə İslamiadanın açılışında iştirak etdi 
  • 14:04 – Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov növbəti səyyar görüş - qəbul keçirib 
  • 13:30 – Sabirabadda əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır 
  • 15:22 – Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib 

Məmmədyarov Kasparovu 7 gedişə məğlub etdi

  • 11.07.2021, 10:02, Baxış sayı:
  • 185
Məmmədyarov Kasparovu 7 gedişə məğlub etdi
Bu gün “Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin - Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un blits turniri start götürüb.
İki gün davam edəcək turnirin birinci günündə Şəhriyar Məmmədyarov 9 turda mübarizə aparır.
Belə ki, şahmatçımız startda fransalı Maksim Vaşye-Laqrava uduzsa da, növbəti görüşdə rusiyalı Yan Nepomnyaşiyə və niderlandlı Jorden Van Forestə qalib gəlib. Sonrakı qarşılaşmalarda Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk və polşalı Yan-Kşıştof Dudaya məğlub olan şahmatçımız 6-cı turda eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində 7 gedişə qələbə qazanıb. Ş.Məmmədyarov 7-ci turda ukraynalı Anton Korobova məğlub olub. Şahmatçımızın daha bir keçmiş dünya çempionu, hindistanlı Vişvanatan Anandla qarşılaşması davam edir. Ş.Məmmədyarov bu gün son görüşünü niderlandlı Aniş Giriyə qarşı keçirəcək.
Qeyd edək ki, bundan əvvəl turnir çərçivəsində rapid yarışı keçirilib. Yekun nəticələrə görə Şəhriyar Məmmədyarov 9 xalla 6-cı yerdə qərarlaşıb.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov seriyanın birinci yarışının - "Superbet Chess Classic Romania"nın qalibi olub.
/Muganinsesi.az/
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter