Fişəngə fit çalanlar
- 09.01.2021, 15:23, Baxış sayı:
- 530
Facebook
Вконтакте
Одноклассники
Google+
Düşmənə güllə ata bilməyənlər şəhid ailələrinin gözləri qarşısında fişəng atdılar. Bu biabırçılığa nə ad verək ?!
44 günlük Vətən Müharibəsi Xalq-Prezident birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi.
30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olundu.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2802 nəfər hərbi qulluqçusu həlak oldu. Onların sırasında 60 nəfərdən artıq hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 40-a yaxın hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.
Amma...Yeni il axşamı Vətəndaşlar hamılıqla Vətənimizin ərazi bütövlüyünün təmin edilməsində qanını-canını fəda edən şəhidlərimizin ruhları qarşısında baş əydikləri bir vaxtda aramızda yaramazlar- fişəng atanlar da tapildi.
Düşmənə güllə ata bilməyənlər şəhid ailələrinin və hər birimizin gözləri qarşısında fişəng atıb fit çaldılar. Ar olsun!!!
Böyük qınaq obyektinə çevrilən belələri barədə sosial şəbəkədə bir vətəndaşın sözləri ilə yazımızı tamamlamaq istəyirik: “Utanmazlar, ölüb yerə girmirlər. Biz axşam yemək yemədik. Bunlar fişəng atır. Ayıb olsun sizə, abırsızlar. Düz deyirlər, abırsız adam abrın nə olduğun bilsəydi abırsız olmazdı”.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
İ.DƏMİRQAYA