• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib

  • 30.12.2020, 23:13, Baxış sayı:
  • 885
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib
Sabirabad rayonu üzrə

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Res­publikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sabirabad rayonundan olan aşağıdakı hərbi qulluqçusu da “İgidliyə görə” medalı ilə təltif edilibdir.

Zeynalov Nurlan Rəfail oğlu – leytenant (ölümündən sonra)

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qrup­laşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sabirabad rayonundan olan aşağıdakı hərbi qulluqçuları da “Cəsur döyüşçü” medalı ilə təltif edilmişlər:

Zeynallı Aqil Aydın oğlu – kiçik gizir (ölümündən sonra)

Hümbətov Şahin Əlicuvan oğlu – kiçik çavuş (ölümündən sonra)

Sərəncama görə Azərbaycan Res­publikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sabirabad rayonundan olan aşağıdakı hərbi qulluqçusu “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilibdir:

Pənahov Bəhrəm Xıdır oğlu – əsgər (ölümündən sonra)
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter