
Azərbaycan Çin tərəfindən təklif olunan Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyir və BMT-nin 2030-cu ilədək olan Dayanıqlı İnkişaf üzrə Gündəliyinin həyata keçirilməsini sürətləndirmək üçün səyləri birləşdirmək məqsədilə “Qlobal İnkişaf Təşəbbüsünün Dostları Qrupu”na qoşulmağa hazır olduğunu bildirir.
Diqqətçəkən faktdır ki, Çin mediası Azərbaycan liderinin bu ölkəyə rəsmi səfərinə hədsiz maraq nümayiş etdirib.
Səfəröncəsi cənab İlham Əliyevin Çinin Sinxua Agentliyinə verdiyi müsahibə, daha sonra Çin Xalq Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfri Lu Meyin Azərbaycana həsr edilmiş geniş məqaləsi və səfərin yekunları ilə bağlı dövlətimizin başçısının Pekində Çinin CGTN (China Global Television Network) telekanalının “Danışır liderlər” verilişinə dəvət alması həm ölkəmizin nüfuzunun yüksək səviyyədə dəyərləndirilməsi, həm də onun liderinin personasına xüsusi münasibətin göstəricisidir.
İkitərəfli münasibətlərin hazırkı yüksək səviyyəyə çatmasında dövlət başçıları cənab İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasındakı dostluq əlaqələrinin əhəmiyyətli rolu var. Təsadüfi deyil ki, Çin lideri Prezident İlham Əliyevi Çinin böyük dostu adlandırır.
Bütün bunlar o deməkdir ki, qlobal beynəlxalq gündəmin əsas məsələlərinə dair bizim mövqelərimiz üst-üstə düşür. Dünya¬nın super gücü olan ÇXR ilə münasibətlərimizin yüksək məcraya çatdırılması həm tərəqqi və in¬kişafın təminatı, həm də qloballaşan və dəyişən dünyanın sərt reallıqlarına qarşı son dərəcə ciddi sığortadır. Nəzərə alaq ki, rəsmi Pekinlə ikitətərli münasibətlə¬ridəki dinamika bəzi Qərb dairələrinin, xüsusən Fransanın ökəmizi qlobal pro¬seslərdən təcrid siyasətinə verilən ən layiqli cavabdır.
Beləliklə, tam qətiyyətlə deyə bilərik ki, Pre¬zident İlham Əliyevin Si Cinpin ilə görü¬şü, eləcə də imzalanmış mühüm dövlət sənədi Bakı–Pekin münasibətlərini bütün sahələrdə daha da dərinləşdirəcək, qar¬şılıqlı təmasları və dialoqu intensivləş¬dirəcək, ikitərəfli əlaqalərə yeni məzmun və keyfiyyət qazandıracaq.
Ceyran Xəlilova,
Sabirabad RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri