• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan xalqının tarixi Qələbəsi

  • 07.11.2024, 14:30, Baxış sayı:
  • 48
Azərbaycan xalqının tarixi Qələbəsi

XX əsrin 80-ci illərin sonlarından ermənilərin Azərbaycana qarşı ərazi iddiaları ilə başlayan Qarabağ münaqişəsi ölkəmizin son yüz ildə yaşadığı çətin, ağrılı problemdir. Belə bir dövrdə ölkəmiz müstəqilliyini qazanır. Azğın ermənilər xarici havadarlarına arxalanaraq Azərbaycan xalqına qarşı vəhşiliklər törədirdilər. Ermənilərin əsassız torpaq iddiaları qarşısında peşəkar ordusu olmayan, iqtisadi cəhətdən çətinliklər yaşayan ölkəmiz tək mübarizə aparırdı. Hakimiyyətdə hökm sürən siyasi səriştəsizlik itkilərimizin səbəbi idi. Təəssüf ki, I Qarabağ müharibəsində 10 mindən çox şəhid verdik, 4 mindən çox vətəndaşımız itkin düşdü. Ərazimizin 20% işğala məruz qaldı, 1 milyondan çox soydaşımız 30 il köçkünlük həyatı yaşadı.
Ermənistanın işğalçı siyasətinini davam etdirir, Azərbaycanla sərhəd bölgəsində Ermənistan ordusu genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tuturdu. 2020-ci il 27 sentyabrından başlayan 44 gün davam edən Vətən müharibəsində Şanlı Azərbaycan Ordusu Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücum əməliyyatına başladı. Azərbaycanın öz ərazi bütövlüyü uğrunda başladığı bu mübarizə tarixdə II Qarabağ müharibəsi adlanı. Əməliyyatın “Dəmir yumruq” adlandırılması məsələni kökündən həll ediləcəyinə göstəricisi idi.
Azərbaycanın qədim yaşayış məskəni olan Qarabağın erməni işğalından azad edilməsi 2020-ci ilin ən böyük tarixi hadisəsidir. Müzəffər Azərbaycan Ordusu ermənilərin 30 ildə apardıqları etnik təmizləmə siyasətinə, soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərə, haqsızlığa, zülmə 44 gündə son qoydu. Dövlətimizin münaqişəni danışıqlar vasitəsilə həllinə çalışmasını düşmən fərqli şəkildə yorumlayırdı. Şanlı Zəfərərimizə aparan yolun 44 gün çəkməsi ermənilərə Azərbaycanın əsl gücünü göstərdi.
Cənab Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində Şuşa əməliyyatını dəyərləndirərkən alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad edilməsini hərbiçilərimizin peşəkarlığı və fədakarlığı sayəsində qazanıldığını bildirdi. Ali Baş Komandan torpaqlarımıza göz dikən düşmən qüvvələrə səslənərək bir daha bu sözlərlə mesaj verdi: “Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır”.
2020-ci ilin 10 noyabrında 30 illik ədalətsizliyə öz hərbi gücümüz sayəsində son qoyulduğunu xalqa efir vasitəsilə bəyan edən cənab Prezident İlham Əliyev çıxışını bu sözlərlə tamamlamışdı: “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 dekabr 2020-ci il Sərəncamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilir.
27 sentyabr 2021-ci ildə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində demişdir: İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq.

Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar şurasının sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter