• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bu qərar Ermənistanın acı məğlubiyyətinin bir daha təsdiqidir

  • 15.10.2024, 10:00, Baxış sayı:
  • 33
Bu qərar Ermənistanın acı məğlubiyyətinin bir daha təsdiqidir

Prezident İlham Əliyevin oktyabrın 8-də Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı, keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlər ölkəmizin milli maraqlarının təminatı baxımdan çox faydalı oldu.
Dövlət Başçıları Şurasının iclasında etdiyi çıxış zamanı cənab Prezident MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına istinad edərək Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilməsini bildirdi və xüsusi olaraq vurğuladı ki, Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olub, işğal zamanı tamamilə dağıdılıb, hazırda isə bərpa olunur və keçmiş məcburi köçkünlər doğma şəhərlərinə geri qayıdır.
Azərbaycan Prezidentinin ağıllı siyasəti və növbəti siyasi qələbəsi xalqımız üçün çox sevindirici xəbər oldu. 30 ildi işğalda olan Laçın və işğaldan azad olunaraq çiçəklənən Laçın. İnkişafın, quruculuğun, uğurun daim olsun doğma şəhərim.
Ermənistanın da daxil olduğu MDB-nin verdiyi bu qərarın çox böyük siyasi, mənəvi əhəmiyyəti var. Çünki Laçın sözünü, “Laçın dəhlizi”ni ermənilər və onların havadarları tez-tez ifadə edirdilər. Ermənilərin tülkü qəlibində “Laçın dəhlizi” nə həsrətli baxışları ,indi çarəsizlik baxışları ilə əvəz olundu. İndi dünya Azərbaycanın vüqarlı şəhəri olan Laçını həm də MDB-nın mədəniyyət mərkəzi kimi də tanıyacaq.
Heç şübhəsiz ki, bu, qərar Azərbaycanın tarixi Zəfərinin, Ermənistanın isə acı məğlubiyyətinin bir daha təsdiqi və MDB səviyyəsində etirafıdır. Bu Azərbaycan siyasi rəhbərliyinin , Azərbaycan Prezidentinin misilsiz qələbəsidir.
Bu, həm də o deməkdir ki, 2025-ci ildə MDB çərçivəsində, o cümlədən ayrı-ayrı üzv ölkələrdə Laçın şəhərinə həsr olunan müxtəlif mədəni tədbirlər keçiriləcəkdir. Yəqin ki, Ermənistan bu tədbirlərin birbaşa iştirakçısı olmayacaq, lakin MDB-nin üzvü kimi rəsmən bu tarixi qələbənin təşkilatçılarından biri statusunu daşımalı olacaq. Bir sözlə, qəbul olan qərar tarixi qərardır və Azərbaycanın diplomatik qələbəsidir.

Xalid Məmmədov,
“P-Aqro” MMC-nin Sabirabad filialının direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter