• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan xalqının birliyinin təcəssümü

  • 27.09.2024, 10:00, Baxış sayı:
  • 46
Azərbaycan xalqının birliyinin təcəssümü

2020-ci il sentyabrın 27-dən başlanmış əks-hücum əməliyyatları Azərbaycanın gücünü, dövlətimizin regionda dayanıqlı sülhə doğru ən düzgün və qısa yolda olduğunu sübut etdi. Ermənistan və ona havadarlıq edən qüvvələr Azərbaycanın yaratdığı siyasi reallıqlarla barışmağa məcbur oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz dünya hərb tarixində unikal bir yenilik etdi. Azərbaycan işğalçı Ermənistanın uzun illər boyu heç cür qəbul etmək istəmədiyi əsas prinsiplər deyilən çərçivənin mühüm hissəsini hərbi yolla icra etmək və bundan sonra təcavüzkarı kapitulyasiya aktına imza atmaq kimi uğurlu formul ortaya qoydu.
Dinc şəkildə ədalətə və beynəlxalq normalara əməl etməyən Ermənistan Azərbaycan Ordusunun gücü ilə buna məcbur edildi. Prezident İlham Əliyev eyni vaxtda həm diplomatik, həm hərb arenasında, həm də informasiya müharibəsi meydanında bütün qüvvələri vahid hədəfə yönəltməyin uğurlu nümunəsini yaratdı. Düşmən təxribatlarına uymadan yalnız hərbi hədəflərlə mübarizə aparan Azərbaycan dünyaya həmçinin müharibə qanunlarını pozmadan hədəfə yetişməyin mümkün olduğunu sübut etdi. 44 gün ərzində 30 illik təcavüz və etnik təmizləmə siyasətinin qanunsuz nəticələrini aradan qaldırmaq həqiqətən tariximizin şanlı səhifəsidir. Bundan sonra Azərbaycanın haqqına hörmət edən, ya da heç olmasa neytral qalan ölkələrin sayı çoxaldı. Azərbaycan Ali Baş Komandan İlham Əliyevin sayəsində müharibədən daha da güclənərək çıxdı.
Üçtərəfli Bəyanatın imzalanması dövlətimizin başçısı İlham Əliyevin böyük intellektual səylərinin əhəmiyyətli nəticəsidir. Dünya tarixi müharibə tam bitməmiş düşmənin “əlinin arxasını yerə qoyduğu” azsaylı məqamlar tanıyır ki, bunun da ən uğurlu nümunəsini Azərbaycan yaratdı. Bu qalibiyyətli müharibə Azərbaycan-Türkiyə qardaşlığını daha da gücləndirdi, sülhyaratma missiyasının icrasında qardaş ölkənin legitim rolunun rəsmən təmin olunması Prezident İlham Əliyevin tarixi geosiyasi uğurlarından biridir.
Azərbaycan Ordusu sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində, Zəngilanda, habelə digər ərazilərdə bir neçə strateji yüksəklik düşməndən təmizləndi. Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində ən böyük Zəfər kimi yaddaşlara yazıldı. Bu, həmçinin müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi, Ermənistanın kapitulyasiyası reallaşdı.
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycan üçün milli təhlükəsizlik və həmrəylik məsələsi olaraq respublikamızın gələcək siyasi, sosial-iqtisadi inkişafını şərtləndirdi. Çünki ölkəmizin ərazi bütövlüyünün işğalçı tərəfindən pozulması 30 il ərzində ölkəmizin sürətli tərəqqisinə mənfi təsir göstərmişdi. Bu həssas məsələyə beynəlxalq təşkilatların, nüfuzlu dünya dövlətlərinin lazımi qiymət verməməsi problemin həllini ləngidirdi. Prezident İlham Əliyevin gərgin siyasi fəaliyyəti, xalqımızın sarsılmaz həmrəyliyi, rəşadətli ordumuzun gücü öz uğurlu nəticəsini verdi. Beləliklə, bütün bu amillər Azərbaycanı möhtəşəm Qələbəyə qovuşdurdu.

Nobar Qasımova,
Sabirabad rayon Surra kənd uşaq bağçasının müdiri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter