• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

İtaliya-Azərbaycan münasibətləri hər iki ölkənin milli mənafeyinə, strateji maraqlarına cavab verir

  • 10.09.2024, 16:30, Baxış sayı:
  • 407
İtaliya-Azərbaycan münasibətləri hər iki ölkənin milli mənafeyinə, strateji maraqlarına cavab verir

İtaliya-Azərbaycan münasibətləri çoxşaxəli xarakter daşıyır, hər iki ölkənin milli mənafeyinə, strateji maraqlarına cavab verir. İki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli müstəvidə də Azərbaycanın sıx əməkdaşlıq etdiyi vacib ölkədir. Prezident İlham Əliyevin bu ölkəyə səfəri zamanı qarşılıqlı münasibətlərin inkişafına dair faydalı müzakirələr aparılıb. İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və Nazirlər Şurasının Sədri Ciorcia Meloni ilə görüşlərdə ölkələrimiz arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin strateji tərəfdaşlıq zəminində inkişafı vurğulanıb. Eyni zamanda, tərəflər arasında enerji sahəsində sənədlər mübadiləsi də ölkələrimizin bu sahədə əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcək.
Prezident İlham Əliyevin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış etməsini də vurğulayıb. “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil olunan və sayca 50-ci olan beynəlxalq Çernobbio Forumunda Prezident İlham Əliyevin əsas qonaq kimi iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir. Bu fakt xüsusilə, Azərbaycan Prezidentinin beynəlxalq miqyasda böyük nüfuzunun göstəricisidir. 1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. O, Mərkəzi Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar, müxtəlif tədbirlər keçirərək italyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına, eyni zamanda, əməkdaşlığın təşviqinə xidmət edir. “The European House – Ambrosetti”, eyni zamanda, İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir göstərmək imkanına malik, ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir. Müxtəlif illərdə Çernobbio Forumunda dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər.
Dövlətimizin başçısı Forumda çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub, o cümlədən, ölkəmizin İtaliya ilə əlaqələrindən, enerji təhlükəsizliyindən ətraflı bəhs edib. Cənab Prezident çıxışında həmçinin, Cənubi Qafqazda sülhə nail olmağın mümkünlüyünü də vurğulayıb. Sülh müqaviləsinin mətninin təxminən 80 faizinin artıq razılaşdırıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olmuşuq. Bəli, bu, kiçik bir addımdır. On üç kilometrlik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək”.
“Ümumiyyətlə, Azərbaycanın İtaliya ilə strateji tərəfdaşlıq münasibətlərində iqtisadi-ticarət sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında isə ikinci yeri tutur. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur. Ən vacib məqamlardan biri də odur ki, Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Prezident İlham Əliyevin 2020-ci ili ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyib. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirdi. Hazırda İtaliya şirkətləri azad olunmuş ərazilərimizin bərpasında iştirak edirlər. Bütün bunlar Azərbaycan-İtaliya münasibətlərinin bütün sahələr üzrə yüksələn xətlə inkişaf etdiyinin göstəricisidir.

Tural Yaqubov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi
  • Mei
  • 17-09-2024, 04:06
  • : 04:06
    • Нравится
    • 0
Hi, yup this paragraph is really fastidious and I have learned lot of things from it on the topic of blogging.
thanks.

My blog post Bulk creatine suppliers
[reply]ответить[/reply]
  • Quyen
  • 17-09-2024, 18:21
  • : 18:21
    • Нравится
    • 0
I think that is one of the so much important information for me.

And i'm glad reading your article. But should statement
on few normal issues, The website style is perfect, the articles is actually great : D.
Excellent activity, cheers

Review my homepage - live casino house
[reply]ответить[/reply]
  • Jamaal
  • 18-09-2024, 00:34
  • : 00:34
    • Нравится
    • 0
Wow, this paragraph is nice, my younger sister is analyzing such things, thus I am going to tell her.


Feel free to visit my web site - สล็อต PG
[reply]ответить[/reply]
Excellent website. Lots of helpful information here.
I'm sending it to a few buddies ans also sharing in delicious.
And certainly, thank you on your sweat!

Also visit my homepage ... เครดิต ฟรี สบาย 99 สล็อต
[reply]ответить[/reply]
Oh my goodness! Amazing article dude! Thank you,
However I am experiencing troubles with your RSS.
I don't understand why I can't join it. Is there anyone else
having identical RSS issues? Anyone that knows the answer
will you kindly respond? Thanks!!

Feel free to surf to my website yes8
[reply]ответить[/reply]
Greetings! This is my first visit to your blog! We are a collection of volunteers and starting
a new project in a community in the same niche. Your blog provided
us beneficial information to work on. You have done a wonderful job!


Visit my blog post; เครดิตฟรี88
[reply]ответить[/reply]
  • Alberto
  • 20-09-2024, 11:52
  • : 11:52
    • Нравится
    • 0
Wonderful post! We are linking to this great content on our
website. Keep up the good writing.

Visit my page ... แทงบอล กุ้งคืออะไร
[reply]ответить[/reply]
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter