Bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan yeri və rolu göz qabağındadır. Regionapl inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan dünya siyasətində fəal mövqeyi ilə diqqətdədir. Ölkəmizin istər iki tərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrinin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsi diqqətdən kənarda qalmır. Tarixi Zəfərimizdən sonra intensivləşən səfərlər, bunların əsasında əlaqələr Azərbaycanın fəxri qonaq qismində qatıldığı tədbirlərin miqyasında da özünün aydın ifadəsini tapır. Bunun üçün Azərbaycanın ev sahibliyi etdiyi, fəxri qonaq qismində qatıldığı tədbirlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Son bir neçə ildə dövlət başçısı İlham Əliyevin Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-cı Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı, eyni zamanda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə marağın əyani təcəssümüdür.
Tarixi Zəfərimiz bu birliyin möhkəmləndirilməsində stimulverici amil oldu. Hər zaman qeyd etdiyimiz kimi, dünya 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda bütün türk dünyasının birliyinin şahidinə çevrildi. Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın gələcək üçün xarici siyasətində prioriteti məlumdur – türk dünyası ilə münasibətlərin daha da inkişafı, bütün digər ölkələrlə bərabər və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması. Türk dünyası dedikdə, ilk növbədə, Mərkəzi Asiya ölkələri yada düşür. Çünki Şərqdən Qərbə uzanan türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir. Şanlı Qələbəmizdən sonra genişmiqyaslı bərpa-qurculuq işlərinə başlayan Azərbaycan bu prosesdə dost ölkələrin də iştirakına böyük önəm veridyini bildirdi. Təbii ki, bu, Azərbaycanın münasibətdə səmimiyyətə, dostluğa, qardaşlığa, qarşılıqlı etimada sökəndiyini bir daha təsdiqlədi.
Münasibətlərin inkişafında qarşılıqlı səfərlər, imzalanan sənədlər xüsusi əhəmiyyət kəsb edir. Avqustun 8-də dövlət başçısı İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün Qazaxıstana səfərə etdi. Prezident İlham Əliyev həmin görüşdəki çıxışında bu məqamlara xüsusi diqqət yönəltdi. Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkürünü bildirən dövlətimizin başçısı qeyd etdi ki, ötən il Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Düşənbədə keçirilən Sammitdə iştirak edib. Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir. Bu, son iki ildə cənab İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə 16-cı səfəridir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezdientləri ölkəmizə ümumilikdə 15 dəfə səfər ediblər. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.
Cənab İlham Əliyevin elə bir səfəri, çıxışı yoxdur ki, diqqəti artıq tarixə qovuşan Qarabağ münaqişəsinə, 30 illik işğal dövründə ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərə yönəltməsin. Dövlətimizin başçısı sözügedən çıxışında da bildirdi ki, Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı oldu. Yeni təhsil kompleksi üçün Kurmanqazı adının seçilməsi də təsadüfi deyil. Görkəmli musiqiçinin əfsanəvi əsərləri bütün türk dünyasının mirasına çevrilib. Mərkəzin yaradılması Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, gənclərin keyfiyyətli təhsilinə, regionda yaradıcılığın, idmanın və elmin inkişafına töhfə vermək məqsədi daşıyır. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirildi. Cənab İlham Əliyev qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürünü bildirdi.
Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırlıması və bu sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir. Azərbaycanın mövcud potensialı bu əməkdaşlığın dərinləşməsinə geniş imkanlar açır. Onu da qeyd edək ki, Azərbaycan bərpaolunan enerji sahəsində də Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır.
Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır. Dövlət başçısı İlham Əliyev bildirdi ki, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcək.
Günümüzün əsas müzakirə mövzularından biri Azərbaycanın bu ilin noyabr ayında mötəbər tədbirə-COP29-a ev sahibliyidir. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bu mühüm hadisəyə diqqət yönəldərək Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyini şərtləndirən amilləri açıqlayır. Reallıq budur ki, Azərbaycan iqlim dəyişmələrinin yaratdıcı probemlərə qarşı mübarizəyə töhfələri ilə diqqədədir. Hər zaman beynəlxalq həmrəyliyin gücləndirilməsinə səy göstərir. Cari ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi də bunun bariz nümunəsidir. COP29 gələcək əməkdaşlıq üçün geniş imkanlar yaradacaq. Bu tədbir ölkəmizin malik olduğu imkanların təqdimatında öz sözünü deyəcək. Hər zaman vurğulandığı kimi, keçirilən tədbirlər mahiyyəti ilə yanaşı, məkan baxımından da xüsusi diqqətdə olur. Azərbaycan istər ev sahibliyi etdiyi, istərsə də fəxri qonaq qismində qatıldığı tədbirlər baxımından daha çox diqqət yönəldilən ölkədir. Təbii ki, buna əsas verən inrkişafın Azərbaycanın modelinin mövcudluğudur. Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq COP29 iqlim konfransına ev sahibliyi etməsi də özündə bütün məqamları ehtiva edir. Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.
Azərbaycanın xarici siyasət uğurları belə bir ümumiləşdirməyə əsas verir ki, dövlətimizin başçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Azərbaycanın xarici siyasətinin prinsiplərinin dəyişməzliyi onun yeni əməkdaşlıq körpüləri qurmasında stimulverici amildir. Azərbaycan daim əməkdaşlıq məkanı, sabitləşdirici, birləşdirici aktor kimi tanınır, nüfuz qazanır. Ədalətə və beynəlxalq hüquqa söykənən, qarşılıqlı etimada əsaslanan siyasətin uğurları davamlıdır.
Nərmin Zeynalova,
3 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri