• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Hər zaman sülhün və əminamanlığın tərəfdarı olan Azərbaycan digər dövlətlərlə müqayisədə balanslı siyasət aparır

  • 25.05.2024, 09:30, Baxış sayı:
  • 33
Hər zaman sülhün və əminamanlığın tərəfdarı olan Azərbaycan digər dövlətlərlə müqayisədə balanslı siyasət aparır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibə zamanı bir sıra vacib məqamlara toxunmuşdur.
44 günlük Vətən müharibəsi və antiterror zamanı işğal olunan ərazilərimiz tamamən işğalçılardan azad edildi və Qarabağ problemi kökündən həll olundu. Hal-hazırda Azərbaycanı dünyanın ən sabit ölkələrindən biri hesab etmək olar. Bu göstəricinin nəticəsidir ki, ölkəmizə davamlı şəkildə xarici dövlət rəhbərlərinin, şirkət nümayəndələrinin səfərləri olur, müqavilələr imzalanır və gələcəyə hesablanan böyük layihələrin təməli qoyulur. Azərbaycan eyni zamanda daha böyük tədbirlərə ev sahibliyi etməyə hazırlaşır və onlardan biri də yaxın gələcəkdə baş tutması nəzərdə tutulan COP29-dur. Ölkə başçısı cənab İlham Əliyev müsahibəsi zamanı qarşıda bizi gözləyən tədbir barədə suallara aydınlıq gətirərək təminatlı təhlükəsizlik barəsində danışıb və COP29 zamanı ölkəmizdə bütün tərəflərin özlərini rahat hiss etməkləri üçün yüksək bir mühit yaradılacağını diqqətə çatdırıb.
Cənab İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibə zamanı bildirmişdir ki, “Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq? Çünki siz fərqli ideyaları, fərqli fikirləri bilirsiniz. Biz məhz buna nail olmağa çalışırıq. Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni də anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir”. Qeyd etmək lazımdır ki, hər zaman sülhün və əminamanlığın tərəfdarı olan Azərbaycan digər dövlətlərlə müqayisədə balanslı siyasət aparır. Bunun da nəticəsidir ki, ölkəmizə qarşı məkrli, çirkin addımlar nəticəsiz qalır və istəklərinə çatmaq istəyənlər heç bir uğura nail ola bilmirlər. Misal üçün Fransanı və başqa dövlətləri göstərmək olar ki, artıq onların özləri də Azərbaycanla hesablaşmağın vacibliyini dərk edirlər. Ermənistan artıq özü də sülh üçün vasitəçisiz hərəkət etməyin lazım olduğunu qəbul edib və Ermənistan başa düşüb ki, onların gələcəyi, inkişafı da ölkəmizlə olan münasibətlərindən asılıdır.
Azərbaycan Qoşulmama Hərəkatında əlaqələndirici rolunu oynamaqda böyük təcrübəsi var və Azərbaycan Hərəkata dörd il sədrlik edib. Ölkəmiz 120 üzv ölkə ilə həqiqətən də böyük inkişafa nail oldu. Bu gün Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir və üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamasını ölkəmizin beynəlxalq müstəvidə növbəti uğuru adlandırmaq olar. Azərbaycan bu gün külək və günəş enerjisindən istifadə edən ölkələr siyahısındadır. Eyni zamanda ölkəmiz bərpa olunan enerji mənbələrinin əsas eksportçularından birinə çevrilmək iddiasındadır və bunun üçün ölkəmizin yüksək potensialı mövcuddur.

Məxbilə Əzizova,
Sabirabad rayonu Axısxa bələdiyyəsinin sədri
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter