• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Neft hasil edən ölkələr problemlərin həlli üçün daha çox töhfə verməlidir

  • 24.05.2024, 17:30, Baxış sayı:
  • 31
Neft hasil edən ölkələr problemlərin həlli üçün daha çox töhfə verməlidir

Dövlətimizin başçısı cənab İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” televiziyasına verdiyi müsahibə zamanı noyabr ayında ölkəmizdə baş tutacaq COP29-a, burada müzakirə ediləcək məsələlərə toxunub.
Dövlət başçısı bu mötəbər tədbirin yüksək səviyyədə keçirilməsi ilə bağlı işlərin aparıldığını bildirib. Qeyd edib ki, “Hər bir ölkə maliyyə imkanlarından və gündəmindən asılı olaraq üzərinə düşən vəzifəni yerinə yetirməlidir”. Ölkəmiz tədbir zamanı bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyir. Bununla əlaqədar Azərbaycanın kifayət qədər təcrübəsi vardır və körpü rolunu oynaya bilər. Belə ki, Azərbaycan dörd il ərzində BMT-dan sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına rəhbərlik edib və təşkilatın üzvü olan 120 dövlətlə birlikdə həqiqi mənada böyük tərəqqiyə nail olub. Cənab Prezident müsahibəsində bildirib ki: “Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq? Çünki siz fərqli ideyaları, fərqli fikirləri bilirsiniz”.
“Euronews” müxbirinin ötən il BƏƏ-də keçirilən COP28-də üstünlük təşkil edən qazıntı yanacağı ideyası ilə bağlı sualını cavablandıran dövlət başçısı bildirib ki, “Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni da anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik”.
Cənab Prezient məsələ ilə bağlı öz mövqeyini bir daha nümayiş etdirərək deyib ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Həmrəyliyin maliyyələşmənin ayrılmaz hissəsi olduğunu hesab etdiyini bildirib.
Müsahibədə vurğulanıb ki, “əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq. Eyni zamanda, bildiyiniz kimi COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir”.

Yaqub Tağıyev,
Sabirabad rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter