• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir

  • 05.05.2024, 17:30, Baxış sayı:
  • 139
Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir

Bu, bir həqiqətdir ki çağdaş Azərbaycan hazırda beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və nüfuz sahibi kimi tanınır. Biz bölgənin lider dövləti statusunu qazanmaqla bərabər, həm də beynəlxalq aləmin diqqət yetirdiyi siyasi və humanitar mərkəzi kimi də qəbul edilirik. Məhz bu günlərdə Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Paytaxtımıza 110 ölkənin 700 nümayəndəsinin gəlməsi Forumun möhtəşəmliyini təsdiq edir.
Bu, tədbir dünya dövlətlərinin nüfuzlu siyasətçilərini, ziyalılarını, vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirdi. Məhz bu baxımdan Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxış edərək dünya üçün önəmli mesajlar verdi.
Ölkəmizin başçısının nitqi dünyanın bir çox dövlətlərinin nüfuzlu kütləvi informasiya vasitələrində ətraflı işıqlandırıldı. Eyni zamanda, dünyanın siyasi ekspertləri və analitikləri Prezident İlham Əliyevin güclü siyasətçi, mahir diplomat, beynəlxalq hüquqa hörmətlə yanaşan, bir dövlət başçısı olduğunu ifadə etdilər. Beynəlxalq aləmdə sivilizasiyalararası qarşıdurmaların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı bir şəraitdə Azərbaycan sivilizasiyalararası dialoqun təşviqi və inkişafına mühüm töhfələr verir. Həmçinin bu Forum Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında müstəsna rola sahib olduğunu bir daha göstərdi. Bu gün də Azərbaycan xalqının qədimdən gələn tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Dövlətimizdə müxtəlif dinə, dilə malik xalqların nümayəndələri bir ailə kimi yaşayır. Burada fəaliyyət göstərən bütün dini icmalara ölkə rəhbərliyinin diqqət və qayğısı yüksəkdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir. Vətən müharibəsi dövründə Azərbaycanda yaşayan bütün xalqlar öz dövlətlərinin və Ali Baş Komandanlarının ətrafında sıx birləşdilər. Onlar yeganə vətənlərinin Azərbaycan olduğunu bütün dünyaya çatdırdılar. Məhz bu birlik nəticəsində Azərbaycan 30 il Ermənistan işğalında olan torpaqlarını azad etdi. Ölkə başçısı da Forumda bəyan etdi ki, Azərbaycan sülhü müharibə vasitəsilə təmin edib: “Ermənistanın 30 illik işğalına son qoyuldu. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə baxmayaraq işğala son qoyulmamışdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin böyük hissəsini azad etdi. Ötən ilin sentyabr ayında isə ölkəmiz ərazi bütövlüyü, suverenliyini tam şəkildə bərpa edib. Bütün bunlara baxmayaraq Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürən tərəf oldu. Azərbaycanın təklif etdiyi baza prinsipləri əsasında iki tərəf arasında hazırda sülh danışıqlar davam edir”.
Bu danılmaz faktdır ki, ölkəmizin başçısı hər zaman beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşıb və sosial, hümanitar siyasətini də bu istqamətdə davam etdirib. Azərbaycan dövləti daim sülhə, bərabərliyə, ədalətə, o cümlədən, bəşəriyyətin gələcəyinə müsbət təsir göstərən işlərə xidmət edən siyasət həyata keçirir. COP-29 kimi dünyanın ən nüfuzlu tədbirinin Azərbaycanda keçirilməsi barədə dünya dövlətlərinin yekdil qərarı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə verilən çox yüksək qiymətdir.
Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasi iradəsinin və geosiyasi hadisələrə vaxtında və müdrikcəsinə yanaşmasının nəticəsi olaraq bu gün regionumuzda sülhün və sabitliyin təmin olunması təşviq və təbliğ edilir. Məhz bu reallığı görən beynəlxalq nüfuzlu siyasətçilər VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışlarında ölkəmizin regionda yaratdığı yeni reallıqlara müsbət yanaşırlar.

Vüsal Hüseynov,
Sabirabad Regional ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsinin rəisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter