• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir

  • 19.12.2023, 12:00, Baxış sayı:
  • 191
COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir

Bu mənada bir neçə gün bundan əvvəl COP29 beynəlxalq konfransın Bakıda keçirilməsi ilə bağlı Azərbaycanın namizədliyinin tam yekdilliklə dəstəklənməsi ölkəmizin növbəti böyük uğura imza atmasının bariz nümunəsidir. Dövlət başçısının da söylədiyi kimi, bu qərarı bütün dünya ölkələrinin qəbul etməsi Azərbaycana növbəti dəfə böyük etimad və hörmətdir. Azərbaycanın əleyhinə olan mərkəzlərin xüsusilə Qarabağ Zəfərimizdən sonra ölkəmizə qarşı hər cür qaralama kampaniyalarını davam etdirdikləri halda, ölkəmizə göstərilən etimad həm də o məkrli paytaxtlara zamanında beynəlxalq müstəvidə verilmiş cavab oldu. Bəli, bu nəticə ilə Azərbaycan “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq” - cavabını vermiş oldu. On illərlə sürmüş işğalın nəticələrini təkbaşına ortadan qaldırmaqla, BMT Təhlükəsizlik Şurasının ayaq altı edilmiş qətnamələrinin icrasına nail olmaqla, heç kəsdən yardım ummadan yenə də təkbaşına, özünə güvənərək azad olunmuş bölgələrini dirçəltməklə özünü bir daha təsdiq etmiş Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı. Məhz QALİB ölkə olmağın məntiqi nəticəsidir, məğlublarla kimsə hesablaşmır.
Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün (!) razılığı ilə mümkün olub. Yəni, burada yekdil mövqe bir daha özünü göstərib. Ancaq bu nəticə asanlıqla qazanılmayıb. Çünki antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürüblər. Heç şübhəsiz, ölkəmizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa edib. Dövlət başçımız son müşavirədə bu mövzuya toxunaraq qeyd edib ki, bəzi Qərb ölkələri, onların arasında ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil: “Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar”. Heç şübhəsiz, barışacaqlar, çünki Azərbaycanın regiondakı rolu və yeri danılmazdır, bunu bir sıra hallarda bizə düşmən münasibəti bəsləyənlər də etiraf edirlər.

Heydar Yaqubov,
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter