• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Neokolonializmə qarşı mübarizədə Azərbaycan Afrika ölkələrinin yanındadır

  • 08.04.2024, 10:30, Baxış sayı:
  • 39
Neokolonializmə qarşı mübarizədə Azərbaycan Afrika ölkələrinin yanındadır

Son illərdə Azərbaycan dünyanın bütün qitələri, həmçinin Afrika ölkələri ilə əlaqələri davamlı olaraq milli maraqlar çərçivəsində inkişaf etdirilir. Hazırda Azərbaycanın dünya ölkələri ilə əlaqələri davamlı şəkildə genişlənir.
Yaxınlığından, yaxud uzaq ölkə olmasından asılı olmayaraq təmaslar hər gün genişlənməkdə, inkişaf etməkdədir. Bütün bunlar əsasən Azərbaycanı etibarlı tərəfdaş ölkə olmasından xəbər verir. Aprelin 3-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana ilk rəsmi səfərini də ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin nəticəsi kimi xarakterizə oluna bilər.
Səfər çərçivəsində prezidentlərin tətbətək və geniş tərkibdə görüşləri keçirilib, iki ölkə arasında əməkdaşlıq haqqında Bəyannamə və bir sıra mühüm əhəmiyyət kəsb edən sənədlər imzalanıb.
Görüşlərdə iqtisadi sahədə əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan Konqoda bir sıra investisiya layihələrində, ilk növbədə kənd təsərrüfatı, bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə iştirak etmək fikrindədir. Əməkdaşlığımız üşün çox gözəl perspektivlər mövcuddur, buna görə də gələcək aylar ərzində hər iki ölkənin nümayəndələri bir-biri ilə sıx təmasda olacaqlar.
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər, dövlət başçılarının mətbuata birgə bəyanatları istər tarixi kontekstdə, istərsə də cari dövr baxımından rəsmi Bakının Afrika ölkələri ilə yaxşı əlaqələrindən xəbər verir. Hələ SSRİ dövründə Afrika ölkələrindən tələbələr Azərbaycanın ali məktəblərində təhsil alırdılar. Onlar bu gün də ölkəmizlə əlaqələrini kəsmirlər. Dövlətimiz 30 illik müstəqillik dövründə bu əlaqələri daha da inkişaf etdirərək özünü Afrika qitəsi ölkələrinin yaxın dostu kimi tanıda bilib. Afrikayla əlaqələrimiz pandemiya dövründə qırılmadı, əksinə heç bir dövlətin edə bilməyəcəyini Azərbaycan etdi.
Azərbaycan koronavirus pandemiyası zamanı vaksin ala bilməyən ölkələrə yardım göstərib. Azərbaycan Afrika ölkələrinə öz vəsaiti hesabına dəstək verib. Bu gün Azərbaycan neokolonializmə qarşı mübarizədə Afrika ölkələrinin yanındadır, Bakı Təşəbbüs Qrupunun yaradılması Afrika qitəsində müsbət qarşılanır və dəstəklənir. Dünyada kolonializmi hazırda da dövlət siyasəti kimi təqdim edən Fransanın hələ də mövcud olduğu ölkələrdən biri də Konqodur. Bu ölkələr neokolonializmlə mübarizədə Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar.
Azərbaycanın müxtəlif platformalardan neokolonializmə qarşı apardığı mübarizə Afrika ölkələrində rəğbətlə qarşılanır. Ümumiyyətlə, Konqo Respublikası Prezidentinin Azərbaycana səfəri heç də təsadüfi deyil.

Nail Xanməmmədov,
Sabirabad rayonu Ulacalı kənd tam orta məktəbinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter