• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Xalqımız 4 ildir Novruzu fərqli ahənglə qarşılayır

  • 23.03.2024, 14:30, Baxış sayı:
  • 153
Xalqımız 4 ildir Novruzu fərqli ahənglə qarşılayır

Artıq dördüncü ildir ki, Azərbaycan xalqı bayramlarını fərqli bir ruh, fərqli bir ahənglə qarşılayır. Artıq bu bayramlarda torpaqlarını itirmiş, ata-baba yurdlarından qovulmuş, məğlubiyyətlə barışmaq təzyiqinə müqavimət göstərməkdə olan xalqın nisgili yoxdur. Uzun illər boyu bütün bayramlarımızı “O gün olsun ki, gələn il bu bayramı Qarabağımızda qeyd edək” arzusu ilə keçirirdik. O gün gəldi, biz o xoşbəxt günləri gördük, muradımıza qovuşduq.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndəri Heydər Əliyevin hələ 1998-ci ildə böyük bir uzaqgörənlik və əminliklə söylədiyi “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.
Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”, – sözləri bu gün reallığa çevrilmişdir.
Ulu Öndərin həyatının ən ümdə amalı olan və vətən övladlarına səsləndirdiyi vəsiyyət, bütün Azərbaycan xalqının arzusu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə həyata keçdi. Torpaqlarımız işğaldan azad edildi və bu gün biz Novruz bayramımızı bu torpaqlarda qeyd edirik. Biz artıq Novruz bayramımızı Xankəndidə, Şuşada qeyd etmək xobəxtliyini yaşadıq, Cıdır düzündə, qələbə tonqallarımız qalandı, cəngimizin sədaları oradan göylərə ucaldı .
Bu günə qədər bir gün azad ediləcək torpaqlarımızda bütün maddi və mədəni sərvətlərimizin əsl sahibi olduğumuzu sübut etmək üçün əsaslı zəmin hazırlamaq istiqamətində böyük işlər görülüb. Başlıcası isə odur ki, artıq dördüncü ildir ki, Azərbaycan Prezidenti İlham Əliyev bayram tonqalını işğaldan azad edilmiş Qarabağ torpağında qalayır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanib.
Mart ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Cənab Prezident Xankəndi şəhərində xalqına təbrikində bildirb ki, biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Dövlətimizin başçısı, həmçinin vurğulayıb: “Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq”.
Son illərdə həyata keçirilən siyasət nəticəsində Azərbaycan iqtisadi inkişafa, iqtisadi müstəqilliyə nail oldu və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyildir. Güclü iqtisadiyyat isə bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. “Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır”, – deyə dövlətimizin başçısı Xankəndidəki müraciətində əlavə edib.

Eldar Urufov,
Sabirabad rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter