Bu gün artıq Xankəndidə Novruz tonqalı yandırırıq, Prezident xalqı məhz xanın kəndindən təbrik edir.
Bir zamanlar bu, sadəcə arzu idi. Hələ 1991-ci ilin 26 dekabrında Xankəndi işğal olunanda bir də xanın kəndində qayıtmaq ümidləri 30 ilə yaxın müddətdə tükənmək üzrə idi. İkinci Qarabağ müharibəsindən sonra Xankəndinin Rusiya sülməramlıların nəzarətinə keçməsi, eyni zamanda erməni separatçıların silahsızlaşdırılması və Ermənistanın hərbi birləşmələrinin ərazini tərk etməsinin Ermənistan hərbi-siyasi rəhbərləri tərəfindən icra olunmaması Xankəndi ilə bağlı bir ümidsizlik formalaşdırırdı.
Ötən il 19-20 sentyabrında Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatının nəticəsində Xankəndi tam şəkildə Azərbaycanın nəzarətinə keçdi. 29 sentyabrdan Azərbaycan polisi şəhərə nəzarəti bərpa etdi. 15 oktyabr 2023-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırdı. 8 noyabr 2023-cü ildə şəhərdə İkinci Qarabağ müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş təntənəli hərbi parad keçirildi.
Artıq 4 ildir Novruz tonqalı uzun illər həsrətində olduğumuz işğal altında olan Qarabağ torpaqlarında qalanır. Bu tonqallar Ermənistanın 30 illik işğalına son verən Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yandırılır. Bu tonaqalların Qarabağda qalanmasının isə çox böyük rəmzi mənası var. Cənab Prezident İlham Əliyev tərəfindən Xankəndidə yandırılan tonqal həm çox böyük tarixi əhəmiyyət, həm də rəmzi mənaya malikdir.
Prezident İlham Əliyev 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində yandırdığı Novruz tonqalını, bu dəfə martın 18-də Xankəndi şəhərinin mərkəzi meydanında yandırdı. Cənab Prezidentin Xankəndidəki Novruz tonqalını yandırmasının bir çox rəmzi mənası var. Birincisi, Azərbaycan Zəfər çalaraq bütün ərazisində tam suverenliyini bərpa edib.
Cənab Prezident Xankəndidəki mərkəzi meydana Zəfər meydanı adını verdi. Xankəndidəki mərkəzi meydana Zəfər meydanın adının verilməsi də rəmzi məna daşıyır. Bu, ermənilərə və onun havadarlarına mesajdır ki, biz öz tarixi torpaqlarımızdayıq, ocağımızda tonqalımızı yandırmışıq və əbədi olaraq da bu torpaqlarda yaşayacğıq. Bu torpaqlaır ancaq biz abad edə bilərik. Xankəndidəki meydana “Zəfər meydanı” adının verilməsi son 4 ildə əldə edilən qələblərin məntiqi nəticəsidir.
Müslüm Rzayev,
Sabirabad RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən Müharibəsi iştirakçısı