• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Enerji resurslarının inkişafında yeni mərhələ

  • 06.03.2024, 10:30, Baxış sayı:
  • 114
Enerji resurslarının inkişafında yeni mərhələ

Cənub Qaz Dəhlizi layihəsi “Əsrin müqaviləsi” kimi Azərbaycanın enerji strategiyasının uğurlu nəticəsidir
Azərbaycan öz qonşuları, eləcə də tərəfdaşları ilə birlikdə hər zaman uğurlu yerli və beynəlxalq layihələr həyata keçirir. Cənub Qaz Dəhlizi bu kimi uğurlu beynəlxalq enerji layihələrindən biridir. Bütün bunlar Azərbaycan üçün bir tarixi nailiyyətdir. Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində bir çox dövlətlərlə, o cümlədən Albaniya ilə də fəal əməkdaşlıq edir. Prezident İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı bu haqda da danışıb: “Hər iki ölkə bir-birini beynəlxalq təsisatlarda dəstəkləyir. Ölkələrimiz enerji təhlükəsizliyi məsələlərində fəal əməkdaşlıq edir. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir”.
Qeyd edək ki, Məşvərət Şurası aktul məsələlərin müzakrə edilməsi və həlli üçün mühüm platformadır. Görünür, buna görədir ki, bu tədbirdə iştirak edən ölkələrin və təşkilatların sayı əvvəlkindən artıqdır. Ənənəvi olaraq bu toplantıda da iştirakçılar ideya və planları müzakirə edib, fikir və təkliflərini irəli sürüblər. Toplantı açılış sessiyasından sonra işini “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpaolunan enerjinin imkanlarından istifadə” mövzularında plenar sessiyalarla davam etdirib. Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclası və “Dənizdə külək enerjisindən istifadənin inkişafı” üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçirilib. Tədbir çərçivəsində yaşıl enerji sahəsində sənədlər imzalanıb.
Ölkəmiz enerji resurslarını inkişaf etdirmək işini sürətlə davam etdirir. Neft və qazla bağlı kəşfiyyat, eləcə də hasilat işləri istiqamətində fəaliyyət ildən-ilə gücləndirilir. “Babək”, “Abşeron”, “Ümid” kimi yataqlarda təbii qaz ehtiyatı ixracın artırılmasımnda önəmli rol oynayacq. Dövlətimizin başçısı çıxşında deyib ki, gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik: “Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyidir. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dörd dəfə artacaqdır. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaqdır. Bununla yanaşı, bizim “Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planlarımız var ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar”. Bu yataqlar Xəzər dənizinin Azərbaycana məxsus sektorunda qaz hasilatına çox böyük töhfə verəcək. Bütün bunlar Azərbaycanın neft-qaz sahəsində hasilat gücünün artırılmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək.
Hazırda enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsinə çevrilib. Azərbaycan üçün enerjinin şaxələndirilməsi vacibdir. Eyni zamanda bu məsələ istehlakçı ölkələr üçün də önəmlidir. Prezident İlham Əliyev Məşvərət Şurasındakı çıxışında əməkdaşlığın yeni perspektivlərinə diqqət çəkib. Belə ki, dövlətimizin başısının fikrincə, enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir. Ölkəmiz bu və digər sahələrdə əhəmiyyəli əməkdaşlıq formatına nail olub. Burada istehsalçı və istehlakçı ölkələrin maraqları tam üst-üstə düşüb. Məhz bunun nəticəsində Cənub Qaz Dəhlizi layihəsi effektiv şəkildə həyata keçirilib.
Göründüyü kimi, Cənub Qaz Dəhlizi enerjinin şaxələndirilməsi baxımdan nəhəng layihədir. Azərbaycan marşrutları şaxələnidrə bilib, lakin, eyni zamanda mənbələri də şaxələndirir. Bu ikitərəfli şaxələndirmə cənab Prezidentin düşülümüş enerji siyasətinin nəticəsində əldə olunub.
Onu da qeyd edək ki, beynəlxalq maliyyə institutları Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə mühüm töhfələr veriblər. Azərbaycan layihəyənin hər dörd seqmentində – “Şahdəniz”, Cənubi Qafqaz boru kəməri, TANAP və TAP-da iştirak edib. Bunların hamısı Azərbaycanın layihəyə cəlb olunan ölkələrlə komanda şəklində işləməyinin təzahürüdür. Cənub Qaz Dəhlizi layihəsi “Əsrin müqaviləsi” kimi Azərbaycanın enerji strategiyasının uğurlu nəticəsidir.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir və bu il tədbirin 10 ili tamam olur. Bu toplantı Azərbaycanın birgə fəaliyyətə, prestpektiv planların qurlmasında nə dərəcədə maraqlı olduğunu göstərir. Komanda şəklində aparılan iş həmişə müsbət nəticə verir. Azərbaycan bu işdə əhəmiyyətli irəliləyişə nail olub. Çünki Prezident İlham Əliyevin müdrik siyasətinin ən önəmli cəhəti hesablanmış maraqlar balansını qorumaqdır.

Seyidabbas Babayev,
Sabirabad RİH başçısının Şıx Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter