• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

YAP siyasi dəyərlər və prinsiplər üzrə xalqa ləyaqətlə xidmət edir

  • 22.11.2023, 09:30, Baxış sayı:
  • 159
YAP siyasi dəyərlər və prinsiplər üzrə xalqa ləyaqətlə xidmət edir

1990-cı illərin əvvəllərində Azərbaycanda daxili hərc-mərclik, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə, özbaşınalıq, idarəçilikdə xaos hökm sürürdü. Eyni zamanda, bu dönəmdə Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir, torpaqlarımız ard-arda işğal olunurdu. Ölkəmizi bu çətinliklərdən xilas etmək üçün yeni bir siyasi təşkilatın yaradılması tarixi zərurətə çevrilmişdi.
1992-ci il oktyabrın 16-da 91 nəfər Azərbaycan ziyalısı ölkəni böhrandan çıxarmaq üçün yeni bir siyasi partiyanın yaradılması təşəbbüsünü irəli sürdü. Təşəbbüsün reallaşdırılması üçün 91 nəfər Azərbaycan ziyalısının imzası ilə xalqımızın müdrik, uzaqgörən dövlət xadimi Ümummilli Lider Heydər Əliyevə müraciət göndərildi. Hər zaman xalqını düşünən və xalqının yanında olan Ümummilli Lider bu çağırışlara səs verərək müraciəti qəbul etdi. Qeyd edək ki, həm ziyalıların müraciəti, həm də Ulu Öndərin cavabı «SƏS» qəzetində dərc olundu. Beləliklə, noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi.
Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Bu, xalqın Heydər Əliyevə böyük inamının, Onun rəhbərlik etdiyi partiyaya dəstəyinin bariz ifadəsi idi. 31 illik şərəfli yol keçən qələbələr partiyası YAP öz sıralarında 720 mindən artıq insanı birləşdirir. Partiyanın təmsilçilərindən formalaşmış iqtidar komandası ölkəmizi tarixin ən böyük nailiyyətlərinə yetirmiş Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlar qazanıb. YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyulub.
YAP-ın VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə idi. VII qurultayı əlamətdar edən mühüm amillərdən biri də Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsini Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Qələbə ilə sona çatdırması idi. Bu tarixi Qələbə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı.
YAP-ın VII qurultayında müasir dövrün bütün tələb və çağırışlarına cavab verən partiyanın yeni Nizamnaməsi təsdiq olundu. Eləcə də yeni Nizamnaməyə əsasən İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı kimi vacib strukturlar yaradıldı. Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP-ın Sədri, Prezident İlham Əliyev çıxış edərək ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd etmiş və partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır. Məhz elə bu mənada da VII qurultay YAP-ın tarixində yeni inkişaf mərhələsinin başlanğıc nöqtəsi kimi dəyərləndirilməlidir.
2021-ci il sentyabr 10-da və 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclaslarında partiyanın 76 yerli təşkilatının sədr vəzifəsinə təyinat olmuşdur. Diqqətəlayiq haldır ki, 76 yerli təşkilatın 48-də yeni sədr seçilmiş və bununla da sədrlərin orta yaş həddi 59-dan 50-yə enmişdir.
YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmiş partiyanın yeni Proqramı xüsusilə böyük əhəmiyyət kəsb edir. Yeni proqram demokratik dəyərlərə və milli maraqlara əsaslanaraq, özündə müasir yanaşma üsullarını ehtiva edərək, siyasi münasibətlərin bütün strateji fəaliyyət istiqamətlərini əhatə edir. YAP-ın VII qurultayında partiyanın Sədri cənab İlham Əliyev yeni proqramın hazırlanması barədə tapşırıq və tövsiyələrini vermişdi. Qurultaydan sonra yaradılmış müvafiq İşçi qrupu tərəfindən proqram üzərində işlərə başlanılmış və növbəti aylar ərzində sənədin layihəsi işçi qaydada dəfələrlə geniş tərkibdə müzakirə olunmuş, Partiyanın Sədri İlham Əliyevin tapşırıqları nəzərə alınmaqla təkmilləşdirilmişdir.
Ötən illər ərzində qarşıya qoyulmuş bu vəzifələr yüksək səviyyədə icra edilmişdir. Yeni proqram isə, əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təməl prinsipləri dayanmaqla, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərini müəyyən edən çox mühüm strateji sənəddir. 5 fəsildən ibarət olan proqramda Azərbaycanın qarşısında dayanan yeni hədəflər öz əksini tapıb və bu proqram uğurla reallaşdırılır.

Səbinə Əliyeva,
Sabirabad rayon Uşaq və ailələrə dəstək mərkəzinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter