• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir

  • 09.11.2023, 10:36, Baxış sayı:
  • 85
Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir
Hər kəsə məlumdur ki, Azərbaycanın şanlı üçrəngli bayrağının tarixi uzun illər öncəyə 1918-ci ilin 9 noyabr tarixinə dayanır. Bu tarixdə ilk dəfə olaraq Azərbaycanın Xalq Cümhuriyyətinin bayrağı təsis edildi. Bu haqda ilk dəfə olaraq 1918-ci ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Bu qərarda deyilirdi: Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin.
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır. Bu rəngləri harda görsək ilk ağlmıza Vətən gəlir, bayraq gəlir. Qanımıza, canımıza hopan torpaq qoxusu gəlir. Bayrağımız tarixin keşməkeşli yollarından keçib, illərin sınağından çıxıb, müstəqillik uğrunda gedən mücadilələrdə şəhid olmuş minlərlə oğul və qızlarımızın qanına boyanıb. Ona görə də hər bir azərbaycanlı üçün bu bayraq həm də müqəddəsdir.
Bu gün ölkəmizin bütün guşələrində dalğalanan, dövlətimizin suverenlik rəmzi sayılan bayrağımızın zəngin tarixi vardır. Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında hökümət qərarı 1918-ci il noyabr ayının 9-da onun Bakıda fəaliyyətə başladıqdan sonra verilmişdir. Üç rəngli, ay ulduzlu bayrağımız ikinci dəfə 1990-cı il noyabr ayının 17-də Ümummilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmiş, daha sonra isə Azərbaycan Respublikası Ali Soveti 5 fevral 1991-ci ildə üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir. Bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdə uğurlu daxili və xarici siyasət aparılır. Bu siyasət nəticəsində bayrağımız beynəlxalq arenalarda dalğalanır. Biz də Cənab Prezident İlham Əliyevin uğurlu siyasətini öz cəbhəmizdə də davam etdiririk. Şagirdlərimizi vətənpərvər ruhda yetişdirərək, onlara bayrağımızı həmçinin, digər dövlət rəmzlərmizi habelə, dövlətçiliyimizi üstün tutmağı aşılayırıq. Tədrisdən də öndə gələn tərbiyəni öz dövlətçilik ənənələrimizə uyğun təbliğ etməliyik. Tək amalımız uğurlu Azərbaycanın gələcəyini qurmaqdır. Gələcək nəsillərə əmanət edəcək dövlətimiz olduğunu unutmamalıyıq.
Babalarımız milli və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə ediblər. Dövlət bayrağımız millətimizin, xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür. Bu gün Azərbaycanın hər yerində dövlət bayrağı dalğalanır. İşğaldan azad olunmuş torpaqlarımızda da Azərbaycan bayrağının dalğalanması bizə qürur hissi yaşadır.

Valid Hüseynov,
Sabirabad rayonu Qalağayın bələdiyyəsinin sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter