2003-cü ilin 15 oktyabr tarixində Azərbaycanda keçirilən Prezident seçkilərində İlham Əliyev çox böyük səs çoxluğu ilə qaələbə azanaraq Azərbaycan Respublikasınını Prezidenti seçildi. Azərbaycan xalqı ona böyük etimad göstərərək öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısına verdi.
Keçən 20 il ərzində İham Əliyev Prezident kimi çox mühüm və ölkəmiz üçün taleyüklü işlər gördü, böyük uğurlar qazandı. Ölkədəbütün sahələr üzrə ciddi nailiyyətlər qazanıldı. Onun beynəlxalq aləmdə imici möhkəmləndi. Bu da Azərbaycan Prezidentinin çox düzgün, müasir, səmərəli və fayda gətirən siyasi kursu sayəsində əldə edildi.
Bunun da bariz nəticəsi idi ki, 2003-cü ilin oktyabrın 15-də ölkə rəhbəri seçilən İlham Əliyev sonradan Azərbaycan xalqı tərəfindən iki dəfə də Prezident seçildi.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, gördeye işlər nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən uğurlu müstəqil dövləti olmuşdur. Sosial-iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurların araşdırılması göstərir ki, Azərbaycan bu 20 il müddətində nəhəng irəliləyiş əldə edib. Bu irəliləyişlər bütün sahələri əhatə edib. Bu illər ərzində ölkəmizin siyasi, iqtisadi imkanları genişləndirilib, onun beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ən əsası 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib.
Ölkədə iqtisadi sahələrdə əldə edilən uğur və tərəqqi digər sahələrin inkişafına da təsir göstərdi. Güclü iqtisadi tərəqqi güclü ordunun yaradılmasına təkan oldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü.
2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Prezidentin effektiv siyasəti, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. 2023-cü il sentyabrın 19-da həyata keçirilən və cəmi 1 gün davam edən lokal antiterror əməliyyatlarınəticəsində isə ərazi bütövlüyümüz tam bərpa edildi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri həyata keçirilir, elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur və bu işlər sürətlə davam edir. Ölkə başçısı qeyd etdiyi kimi “bu işlər heç bir kənar yardım olmadan, yalnız ölkəmizin vəsaiti hesabına görülür. Gələcəkdə isə bu şərait Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran və digər kəndlərdə yaradılacaqdır. Bununla da, Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb”.
Əlabbas Şıxəliyev,
“Sabirabad Konserv” ATSC-nin sədri