• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Belə bir tədbirin məhz Bakı şəhərində keçirilməsi ölkəmizə olan inam və etimadın bir təzahürüdür

  • 13.10.2023, 16:43, Baxış sayı:
  • 158
Belə bir tədbirin məhz Bakı şəhərində keçirilməsi ölkəmizə olan inam və etimadın bir təzahürüdür
Ölkəmizin paytaxtı Bakı şəhəri növbəti dəfə beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edib. Oktyabrın 11-də Bakı şəhərində MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları rəhbərləri Şurasının 53-cü iclası keçirilib. Belə bir tədbirin məhz Bakı şəhərində keçirilməsi ölkəmizə olan inam və etimadın bir təzahürüdür.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib. Görüşdə Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan xüsusi xidmət orqanlarının və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbərləri iştirak ediblər.
Görüşdə qeyd edilib ki, Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bütün istiqamətlər üzrə və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində ölkələrin xüsusi xidmət qurumları arasında sıx təmaslar mövcuddur. Hazırda dünyada təhlükəli tendensiyala və təhdidlər artır və yeni qeyri-sabitlik ocaqları yaranır. Buna görə də qurumlar arasında daim operativ informasiya mübadiləsi aparmaq zəruridir. Bu gün informasiya, o cümlədən onun qəbul edilməsi və ona reaksiya verilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Azərbaycanın Qarabağ bölgəsindəki münaqişənin kökləri və tarixinə toxunan Prezident İlham Əliyev bildirdi ki, illər boyunca Azərbaycan bütün vasitələrlə münaqişəni sülh yolu ilə həll etməyə çalışıb. Ölkəmiz ATƏT-in himayəsi altında uzunmüddətli və nəticəsiz danışıqlar prosesində iştirak edib. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, onlar əməldə yerinə yetirilmədi, kağız üzərində qaldı.
Öz fəaliyyəti ilə rəsmi İrəvanın təxribatçı siyasəti müharibəni qaçılmaz etdi. Ermənistanın təxribatları və hərbi cinayətləri 2020-ci ilin sentyabrında 44 gün davam edən, Ermənistan ordusunun tamamilə darmadağın olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başlanmasına gətirib çıxardı. Azərbaycan əzəli torpaqlarını işğaldan azad etdi. 2020-ci il noyabrın 10-da Rusiya Federasiyasının və şəxsən Prezident Vladimir Vladimiroviç Putinin vasitəçiliyi ilə keçmiş Dağlıq Qarabağ regionunun ətrafındakı rayonların hələ də işğal altında olan ərazilərinin də Azərbaycana qaytarılmasını, regiona isə Rusiya sülhməramlı kontingentinin yeridilməsini nəzərdə tutan üçtərəfli Bəyanat imzalandı.
Lakin buna baxmayaraq münaqişə tam həllini tapmadı, bölgədə qanunsuz silahlı qüvvələrin qalması, erməni tərəfinin provokasiyaları, ərazilərdə davam edən mina terroru davam edirdi. Bununla əlaqədar Azərbaycanlılar öz torpaqlarında hətta müharibədən sonra həlak olmağa davam edirdilər. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim 315 nəfər hərbi və mülki vətəndaşlarımız həlak olub və ağır şəkildə yaralanıblar. Azərbaycan buna göz yuma bilməzdi.
Həmçinin sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər və özlərinə yeni başçı seçdilər. Bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi. Ona görə də sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirərək öz suverenliyini tam şəkildə bərpa etdi. Bir sutkadan da az davam edən antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu.
Antirerror tədbirlərinin dayandırılmasından dərhal sonra bölgədə reinteqrasiya proseslərinə başlanıldı. Qarabağın erməni əhalisinin nümayəndələri ilə görüşlər keçirildi. Bu gün həmin ərazılərdə müvafiq tədbirlər həyata keçirilir və onlar davamlı şəkildə genişləndiriləcəkdir.
Görüşdə vurğulanıb ki, Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Beynəlxalq ekspertlər bunun şahididirlər. 30 ildən sonra artıq iki dəfə azad edilmiş ərazilərdə səfərə gələn BMT missiyası məhz bütün humanitar normalara əməl olunduğunu vurğulayıblar.
Prezident İlham Əliyev Azərbaycanın sülh sazişi üzrə səyləri davam etdirəcəyini bildirib.

İntiqam Abdullayev,
“Sabirabad Xəbər” portalının rəhbəri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter