• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Növbəti beynəlxalq tədbir ölkəmizin artan nüfuzunun göstəricisidir

  • 05.10.2023, 00:26, Baxış sayı:
  • 146
Növbəti beynəlxalq tədbir ölkəmizin artan nüfuzunun göstəricisidir
Azərbaycan ev sahibliyi etdiyi növbəti beynəlxalq tədbirlərlə dünyanın diqqətindədir. İqtisadi, siyasi, humanitar tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunan Azərbaycan onlara ev sahibliyi ilə malik olduğu imkanları təqdim edir. Hər bir sahədə təcrübəsi nümunə olan ölkəmizin yeni texnologiyaların inkişafı və tətbiqi istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyimizi şərtləndirdi. Oktyabarın 2-dən başlayan və 5 gün davam edən tədbirə 100-dən artıq ölkədən 5 mindən çox nümayəndə qatılıb. Bu, tədbirin önəminin, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun göstəricisidir.
Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Konqres Mərkəzində öz işinə başlayan 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak etdilər. Prezident İlham Əliyev tədbirdəki çıxışında Azərbaycanın 10 ildən artıqdır beynəlxalq kosmos klubunun üzvü olduğunu bildirdi. Bu gün iki telekommunikasiya və bir Yer səthinin müşahidəsi peykimiz var. Bu sahəni Azərbaycanda inkişaf etdirməyə davam edirik. Ölkə başçısı Konqresin Azərbaycanda kosmos sənayesinin, aparıcı texnologiyaların inkişafına və onun müasirləşdirilməsinə töhfə verəcəyini xüsusi vurğulayaraq onu da əlavə etdi ki, müasirləşmə Azərbaycanın gələcəklə bağlı baxışlarını, gündəliyini və planlarını əks etdirir. Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub, dostların qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə xidmət edib.
Qeyd edilməlidir ki, Beynəlxalq Astronavtika Konqresi 1950-ci ildən hər il fasiləsiz təşkil edilir. Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında 2019-cu ildə keçirilən seçkilərdə kosmos ailəsinin üzvü olan Azərbaycanın 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi qərara alınmışdır. Bu etimad beynəlxalq aləmdə böyük nüfuz qazanan Azərbaycana hörmətin ifadəsidir. Azərbaycan isə təbii zənginlikləri, eyni zamanda, kosmik ailənin üzvü olmaqla da böyük nüfuz qazanıb. O da məlumdur ki, Sovet İttifaqında ilk və yeganə Konqres də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə, İttifaqın tərkibində olan Azərbaycanda keçirilmişdir.
Uzun illərdən sonra – 2023-cü ildə Azərbaycanın ikinci dəfə belə mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsi müstəqilliyimizin tarixi nailiyyətlərindəndir. Prezident İlham Əliyevin vurğuladığı kimi, paytaxtımızın ikinci dəfə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyinin rəmzi mənası var: «Lakin həmin vaxt Azərbaycan müstəqil deyildi. Azərbaycan Sovet İttifaqının tərkibində idi, Sovet İttifaqının 15 respublikasından biri idi. 1973-cü ildə Azərbaycanın konqresə ev sahibi seçilməsi xalqımızın və Azərbaycanın yüksək intellektual və texniki potensialını nümayiş etdirdi. Üç ildən sonra biz sizi Bakıda görəcəyik. Əlli ildən sonra Konqresin bizim şəhərimizə – lakin indi müstəqil Azərbaycanın paytaxtına qayıtması çox rəmzi məna kəsb edəcək… Bu gün Azərbaycan kosmik klubun üzvüdür və 3 peyki ilə öz fəaliyyətini davam etdirir.»
Prezident İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqladı. Belə ki, son 20 ildə ümumi daxili məhsulun 4 dəfə, büdcə gəlirlərinin 30 dəfə, xarici ticarət dövriyyəsinin 10 dəfə artdığını söyləyən dövlətimizin başçısı bildirdi ki, biz xarici borcumuzu ÜDM-in 10 faizinə endirə bilmişik. 2024-cü ilin sonuna qədər planlarımıza uyğun olaraq bu rəqəm 7-7,5 faiz olacaq. Xarici valyuta və qızıl ehtiyatımız ÜDM-dən 10 dəfə artıqdır. Yəni, istədiyimiz vaxtda və iki ay ərzində borcumuzu bağlaya bilərik. Bu mühüm məqam da xüsusi qeyd olundu ki, ölkəmizdə sərmayə mühiti çox müsbətdir. Son 30 ildə Azərbaycana 300 milyard dollardan artıq vəsait qoyulub.
Dövlət başçısı İlham Əliyev Azərbaycanın malik olduğu təbii resurslarından geniş bəhs edərək bildirdi ki, Azərbaycan XIX əsrin ortalarında dünyada neft hasil edən ilk ölkə olub. O zaman dünya neft hasilatının həcminin yarısını hasil edirdik. Ola bilər bir çox adam bilmir ki, dənizdə də ilk neft hasilatı Azərbaycan neftçiləri tərəfindən XX əsrin ortalarında həyata keçirilib: “Bu gün müstəqil olduğumuz dövrdə bizim təbii sərvətlərimiz Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib. Müstəqillik dövründə Azərbaycanın dinamik inkişafı onu nümayiş etdirir ki, biz öz sərvətlərimizdən düzgün istifadə etmişik.»
Prezident İlham Əliyev bu reallığı da tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, ərazi bütövlüyümüzü bərpa etmə təcrübəsi çox misilsiz və unikal bir hadisədir. Biz münaqişəyə son qoyduq. O münaqişənin həll edilməsi nəticəsində biz ləyaqətimizi qoruduq, beynəlxalq hüququ bərpa etdik: “Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik. Bu, bizim fikrimizdir. Əməkdaşlıq, birgə mənfəət götürülməsi, qarşılıqlı fayda – bu gün biz bunların hamısını nümayiş etdiririk.»
Göründüyü kimi, beynəlxalq əhəmiyyətli tədbirlərin hər biri ölkəmizin malik olduğu imkanlarla yanaşı, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında bir platforma rolunu oynayır.
Beynəlxalq tədbir ölkəmizdə kosmik sahədə innovasiyaya, tədqiqatlara və inkişafa töhfə verəcək. Həmçinin Azərbaycan gənclərinin kosmos və yüksək texnologiyalara marağının artırılması və yeni texnoloji inkişaf dövrünə hazırlığını təşviq edəcək. Ölkəmizin qlobal müstəvidə artan nüfuzuna dəstək, kosmos diplomatiyası və irihəcmli beynəlxalq kosmik layihələrdə iştirak imkanları yaranacaqdır.

Ülviyyə Ağayeva,
4 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter