• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Tahircan Kukulovun digər kitabları da çap olunmaq üzrədir

  • 20.09.2023, 19:46, Baxış sayı:
  • 200
Tahircan Kukulovun digər kitabları da çap olunmaq üzrədir
“Suqovuşan” Ədəbi Məclisinin rəhbəri Elçin Nəsibin redaktorluğu ilə Türkiyədə yaşayıb-yaradan araşdırmaçı-alim Tahircan Kukulovun“Axısxa ədəbiyyatı və Mircevat məktəbi” (328 səh.) adlı kitabı oxucuların ixtiyarına verilib. Bu kitabdan məlum olur ki, türk dünyasının bir parçası olan Axısxa türklərinin ədəbiyyatı qədim dövrlərə söykənir.
Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazovun kitaba yazdığı ön sozdə oxuyuruq: “Bu gündən bir şey ala bilməyənlərin gələcəyə verəcək heç nəyi ola bilməz. Müəllifin bu əsərdə ehtiva etdiyi bütün mövzular Axısxa türklərinin maddi və mənəvi sərvəti kimi gələcək nəsillər üçün maddi-mədəni sərvət və Axısxa ədəbiyyatının ənənəvi ədəbi estetikası olacağı da şübhəsizdir. Çünkü Mircavat Axısxalı çağdaş Axısxa ədəbiyyatının bədii çəkisi olan fundamental şairidir”.
Müəllifi ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Tahircan Kukulovun “Axısxa türklərinin sözlüyü”, “Axısxa adət, mərasim və tabirləri”, “Axısxa türklərinin tarixinə bir nəzər”, “Axısxa türklərinin etnik mədəniyyəti” adlı çap olunmuş kitabları da vardır.
Tahircan Kukulovun digər kitabları da hazırda çap olunmaq üzrədir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter