• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ölkəmiz dinamik inkişaf yolunda inamla irəliləyir

  • 13.07.2023, 16:19, Baxış sayı:
  • 142
Ölkəmiz dinamik inkişaf yolunda inamla irəliləyir
Ölkəmiz 2023-ci ilin birinci yarısını uğurla başa vurub. Bu dövr ərzində hər bir sahə üzrə nailiyyətlər qazanılıb. İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə səslənən fikirlər və qeyd olunan faktlar bir daha təsdiqləyir ki, əvvəlki illərdə ölkə həyatının bütün sahələrində müşahidə olunan dinamik inkişaf bu ilin birinci yarısında da uğurla davam edib, göstəricilər yüksəlməkdədir. Belə ki, qeyri-neft və qaz sektorunda, sənaye, nəqliyyat, turizm və digər sahələrdə irililəyişlər əldə olunub. Bütün bunlar dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və uğurlu islahatlar nəticəsində ölkəmizin iqtisadi qüdrətinin durmadan artdığını göstərir.
Dünya iqtisadiyyatda baş verən mənfi meyillərə baxmayaraq, 2023-ci ilin birinci yarısında ölkə iqtisadiyyatında iqtisadi artım templəri müşahidə olunub. Belə ki, bütövlükdə altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib, qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Qeyri-neft sənayesi 6,5 faiz qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıb.
Ölkənin builki dövlət büdcəsi 33 milyard manatdan çox səviyyəyə qalxıb. Bu da öz növbəsində həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edilməsinə, ilk növbədə azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verməyə və Azərbaycanın hərbi gücünü daha da artırmağa imkan verir. Bütövlükdə isə yarım ildə 3 milyard manatdan çox vəsait əlavə edilib. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manat isə ölkənin hərbi potensialının güclənməsinə yönəldilib. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir.
Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində ölkəmizin enerji istehsalçısı olması və enerji ilə yanaşı, beynəlxalq əhəmiyyətli haba çevrilməsi, qeyri-neft nəqliyyat tranzit infrastrukturunun mövcudluğunu qeyd edə bilərik. Vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi hər zaman dövlətimizin fəaliyyətinin prioritet istiqamətlərindən biri olub. Müşavirədə qeyd olunduğu kimi, manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Bu, ölkə başçısının həyata keçirdiyi düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Ölkədə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir.
Eyni zamanda, Azərbaycan Qarabağı və Zəngəzuru yenidən qurur. Xususi olaraq qeyd edilməlidir ki, görülən bütün işlər Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilir. İşğaldan azad edilən ərazılərdəki dağıdılmış şəhərlər, qəsəbələr qurulur, binalar tikilir. Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin edilib. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər artıq burada bərpa olunan beş yaşayış məntəqəsində vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış Proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcəkdir.
Bu ilin altı ayında Azərbaycan həm də beynəlxalq müstəvidə də fəal siyasət həyata keçirib və bir çox uğurlara nail olub. Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik inkişaf yolunda inamla irəliləyir.

Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta məktəbinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter