• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Borclu öləndən sonra vərəsələrə qarşı iddia qaldırılacaq.

  • 24.05.2023, 17:38, Baxış sayı:
  • 152
Borclu öləndən sonra vərəsələrə qarşı iddia qaldırılacaq.
Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələrinin ödəməsi barədə qərar qəbul edib.

Qərara əsasən, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

İqtisadçı ekspert Rauf Qarayev açıqlamasında bildirib ki, vərəsələr öhdəliyi tam və ya lazımi səviyyədə icra etməsə, kreditor borcun ipoteka predmetindən tutulması barədə iddia qaldıra bilər:

“Məsələn, bir şəxsin ipoteka borcu var və dünyasını dəyişib. Həmin şəxsin mülkü, bankda pulu və mirası onun oğlu, arvadı və digər şəxslər arasında bölünüb. Həmin bu miras onun ipoteka borcu olduğu üçün onun ödənilməsinə yönəldiləcək.
Əgər oğlu, arvadı və digər şəxslər ki, bu ölənin qoyduğu mirasdan mülk, maşın, pul əldə ediblərsə, məhkəmə qaydasında borc qədər onlardan müsadirə olacaq. Yəni oğlu, arvadı və digər şəxslər desələr ki, mənə qoyulan mirasdan heç nə vermirəm, bu zaman məhkəmə yolu ilə onlardan alınacaq. Ev, maşın varsa, satılacaq və borc ödəniləcək”.

Ekspert qeyd edib ki, qərarda söhbət Zəmanət və İpoteka Fondunun iştirakı olmadan banklar tərəfindən verilən kreditlərdə təminat kimi ipotekanın götürülməsi ilə bağlıdır:

“Bir şəxs fond vasitəsilə ipoteka götürsə, borcalan da, ipoteka qoyan da özü olur. Bu halda, onun həyatı da sığortalanacaq. Əgər hadisə baş verərsə, kreditə görə ödənişi sığorta şirkəti edəcək.

İlhamə Əbülfət

Oxu.Az
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter