• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan və Litva arasındakı qarşılıqlı əlaqələr tarixi köklərə malikdir

  • 24.05.2023, 17:26, Baxış sayı:
  • 201
Azərbaycan və Litva arasındakı qarşılıqlı əlaqələr tarixi köklərə malikdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mayın 22-də Litva Respublikasına rəsmi səfəri ölkəmizin xarici əlaqələrinin coğrafiyasının genişlənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu səfər Prezident İlham Əliyevin Litvaya sayca 4-cü səfəridir. Səfər çərçivəsində litvanın dövlət başçısı və Baş naziri ilə məhsuldar görüşlər keçiilmiş, bir sıra mühüm sənədlər imzalanmış və biznes forumu təşkil olunmuşdur. İki ölkənin rəhbərləri mətbuata bəyanatlarla çıxış edərək, ümumiyyətlə, səfər proqramının kifayət qədər geniş olduğunu vurğulamış, bu səfərin əlaqələrimizin daha da genişlənməsinə mühüm təkan verəcəyinə inamlarını ifadə etmişlər.
Qeyd edək ki. Azərbaycan və Litva arasındakı qarşılıqlı əlaqələr tarixi köklərə malikdir. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Litvanın ölkəmizdə konsulluğu fəaliyyət göstərib. Litva 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkələrimiz arasında diplomatik münasibətlər və strateji tərəfdaşlıq kifayət qədər sürətlə inkişaf etməyə başlamışdır. Bu gün Azərbaycan və Litva strateji tərəfdaşlardır. İki ölkə arasında indiyədək 50-dək sənəd imzalanıb ki, bunların da içərisində 2007-ci ildə Vilnüsdə imzalanmış “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə” xüsusi yer tutur.
Azərbaycan, eyni zamanda, Litva üçün Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində çox önəmli ölkə, həmçinin bütün İttifaq üçün strateji enerji tərəfdaşıdır. Litva Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının təşviqinə fəal töhfə verən ölkələrdən biridir. Azərbaycan Avropa İttifaqının Tvinninq proqramı üzrə Litvanın ən yaxın tərəfdaşlarından biridir. Bundan əlavə, 2008-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında iqtisadiyyat, sənaye və enerji sahələrində əməkdaşlıq haqqında Saziş”ə əsasən, ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya təsis olunub. Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən önəmli ölkə kimi Litva ilə əlaqələrə ciddi önəm verir. Çünki enerji layihələrin şaxələndirilməsi rəsmi Bakının qarşıya qoyduğu əsas hədəflərdəndir.
Münasibətlərin parlament ölçüsü də diqqətçəkəndir. Milli Məclisdə Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup, Litva Seymində isə Azərbaycanla parlamentlərarası əlaqələr qrupu fəaliyyət göstərir. Bu platformada yüksək səviyyəli rəsmi təmaslar, səfərlər intensivləşir, mütəmadi görüşlər münasibətlərin inkişafına töhfə verir. Azərbaycan və Litva şəhərləri qardaşlaşıb. Bu xüsusda Şəmkir-Şyaulyay, Qazax-Trakay, Ağstafa-Birştonas və Səbail-Druskininkay qardaş şəhər və rayonlardır.
Beləliklə, 44 günlük Vətən müharibəsindən sonra bölgədə və ölkəmizdə yaranmış yeni reallıqlar və quruculuq işləri fonunda Prezident İlham Əliyevin Litvaya səfəri iki ölkə arasında qarşılıqlı maraqlara, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin getdikcə inkişaf etməsi üçün yeni imkanların açılması baxımından çox əhəmiyyətli və əlamətdardır.

Solmaz Səmədova,
Sabirabad RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter