Bu il Azərbaycan xalqının Ümummillli lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. May ayının 10-da 100 yaşını qeyd etdiyimiz xalqımızın dahi şəxsiyəti, bütün türk dünyasının fəxri Heydər Əliyev məhz belə şəxsiyyətlər sırasında önəmli yer tutub. 2023-cü il ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev İli” elan olunub. Bu gün bütün Azərbaycan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. İlin əvvəlindən bu günə qədər və ilin sonuna qədər həm ölkəmizdə, həm müxtəlif ölkələrdə bir çox tədbirlər keçirilib və və keçiriləcəkdir. Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır.
May ayının 10-da Ulu öndər Heydər Əliyevin 100 illik yubiley günündə Prezident İlham Əliyev Şuşa şəhərindən Azərbaycan xalqına müraciət etməsi təsadüfi deyildi. Bunun rəmzi mənası var. Dövlət başçımız bununla “ata vəsiyyəti”nin yerinə yetirildiyini bir daha bəyan etdi. Ulu Öndərin Şuşanın azad edilməsinə böyük ümidləri var idi və o, hər zaman Qarabağı, Şuşanı azad görməyi arzulayırdı. Bu arzu Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən uğurla reallaşdı. Dövlət başçımızın da söylədiyi kimi, Ulu Öndərin ruhu şaddır. Çünki böyük çətinliklərdən keçmiş, müstəqilliyini qoruyub saxlaya bilən Azərbaycan etibarlı əllərdədir. Ulu Öndər Heydər Əliyevin quruculuq işləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bu gün sürətli iqtisadi inkişafının təməlində Ulu Öndərin neft strategiyası dayanır.
Düzgün və düşünülmüş siyasət Vətən müharibəsində də həlledici rol oynadı.
Gənc nəslin sağlam ideoloji mühitdə böyüməsinin real nəticələrini 44 günlük Vətən müharibəsində gördük. Milli-mənəvi dəyərlərə bağlı, nümunəvi gəncliyin yetişməsi – bunun əsası məhz Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin nəticəsi idi. Prezident İlham Əliyeyin dövründə yetişmiş gənclər isə əsas missiyanı tamamladı- Vətən Müharibəsində böyük qəhrəmanlıqlara imza atdı. Dövlət başçımızın da söylədiyi kimi, “elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər”. Elə həmin gənclər alınmaz qala olan Şuşanı düşmən tapdağından azad etdi. Bununla Azərbaycan gəncləri bütün dünyaya Vətənə, dövlətə, Ali Baş Komandana bağlılıq nümunəsi yaratdı.
Ulu Öndərin anadan olmasının 100-cü ildönümündə biz böyük qürur hissi ilə deyə bilirik ki, müstəqil Azərbaycan ən qüdrətli dövrünü yaşayır və getdikcə ölkəmiz daha da güclənir. Prezident İlham Əliyevin də söylədiyi kimi, məhz Ulu Öndərin yolu Azərbaycanı belə bir inkişafa gətirib çıxarıb.
30 ilə yaxın dövrdə tam dağıdılmış Qarabağ və Şərqi Zəngəzur sürətlə cənnətə çevrilməkdədir. Təsadüfi deyil ki, son bir neçə gündə Qarabağ və Şərqi Zəngəzurda 10 yaşayış məntəqəsinin təməli qoyuldu. Dövlət başçımız və birinci xanım Mehriban Əliyeva bir çox sosial, infrastruktur obyektlərinin açılışlarında iştirak etdi. Bu isə o deməkdir ki, bərpa-quruculuq işləri də sürətlə və plan üzrə davam edir. Şuşanın yenilənən siması Azərbaycanın gücünü göstərir. Dövlət başçımızın Şuşadan verdiyi mesajda da qeyd olunduğu kimi, “bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq.”
Yeganə Cəbiyeva,
S.Vurğun adına 3 saylı Sabirabad şəhər tam orta məktəbinin tarix müəllimi