• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan-Qazaxıstan münasibətləri uğurla inkişaf edir

  • 14.04.2023, 00:28, Baxış sayı:
  • 147
Azərbaycan-Qazaxıstan münasibətləri uğurla inkişaf edir
Xalqlarının etnik, dini və mədəni dəyərləri, eyni zamanda tarixi ortaq Azərbaycan və Qazaxıstan münasibətləri dərin köklərə və güclü əsaslara malikdir. İki ölkənin əlaqələrindəki yaxınlıq onların eyni siyasi quruluş və dövlət tərkibində olmalarından da qaynaqlanır. Lakin Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı müstəqillik illərinə təsadüf edir. Sirr deyil ki, keçmiş SSRİ zamanında olduğu kimi müstəqillik illərində də iki ölkə arasında hərtərəfli əməkdaşlığın təmin olunmasında Ulu Öndər Heydər Əliyevin və Nursultan Nazarbayevin xüsusi rolu olub. Məhz, onların təməlini qoyduğu münasibətlər bu gün uğurla inkişaf edir, hətta keyfiyyətcə yeni mərhələyə yüksəlir. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri və bu çərçivədə müxtəlif sənədlərin imzalanması bir daha təsdiqləyir.
Azərbaycan və Qazaxıstan prezidentlərinin məhdud və geniş tərkibdə görüşlərinin keçirilməsi, sənədlərin, xüsusilə də Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolun imzalanması iki ölkənin münasibətlərin inkişafının keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə işarədir. Bütövlükdə isə Azərbaycan ilə Qazaxıstan arasında 130-dan çox ikitərəfli sənəd imzalanıb. Bu sənədlər də iki ölkənin münasibətlərinin müxtəlif sahələrdə inkişafına töhfələr verir. Ötən il Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri zamanı qarşılıqlı əlaqələrin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Müttəfiqlik Bəyannaməsinin imzalanması da iki ölkənin əlaqələrinin daha da möhkəmləndirilməsinə yönəlib ki, bunun da əsasını qardaş xalqlar arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Bu kontekstdə qeyd etmək lazımdır ki, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Onu da əlavə etmək lazımdır ki, Astananın mərkəzində ulu öndər Heydər Əliyevin adını daşıyan küçənin açılışı Ümummilli Liderimizin əziz xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir. Həmçinin, Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzinə çevrilib. Bütün bunlar bir daha onu göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da xalqlarımızın və dövlətlərimizin maraqlarına uyğun olaraq daha da inkişaf edəcək.
Bu gün Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı, eləcə də dünyada baş verən proseslər hər iki ölkəni və xalqları regional təhlükəsizlik, nəqliyyat, logistika, energetika, humanitar, ekologiya sahələrində əməkdaşlığı möhkəmlətməyi diktə edir.

Vüsalə Həsənova,
5 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter