Avropa ölkələrinin qaz tədarükünün yeni yollarını axtarmağa başladığını zamanda, Azərbaycan onlar üçün əsas tərəfdaşa çevrilib. Azərbaycanın təbii resursları bir çox istiqamətlər üzrə ixrac edilir, həçinin Avropa qitəsinə. Avropa Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunun vacibliyini yaxşı bilir. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil etmişdir.
İrimiqyaslı layihələri icra etmək üçün təhlükəsizlik, iqtisadi və inkişsafı baxımından bir sıra region dövlətlərinində yaxından iştirak edib töhvə verməsi vacibdir. Çünki bu kimi məsələlər tək tərəfli yox ümumən ortaq fikirlərin üst üstə düşməsi ilə daha efektiv ola bilər. Azərbaycanın coğrafiyası Avropa ilə Asiyanın arasında iki qitənin ortasında yerləşir. Coğrafi baxımdan region dövlərlə əməkdaşlıq məsələlərində mühüm rol oynamağa imkan verir. İrimiqyaslı layihələri icra etmək üçün təhlükəsizlik, iqtisadi və inkişsafı baxımından bir sıra region dövlətlərinində yaxından iştirak edib töhvə verməsi vacibdir. Çün ki bu kimi məsələlər tək tərəfli yox ümumən ortaq fikirlərin üst üstə düşməsi ilə daha efektiv ola bilər. Azərbaycanın coğrafiyası Avropa ilə Asiyanın arasında iki qitənin ortasında yerləşir. Coğrafi baxımdan region dövlərlə əməkdaşlıq məsələlərində mühüm rol oynamağa imkan verir.
Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Almaniya Kansleri Olaf Şoltsun birgə mətbuat konfransı keçiriblər. Mətbuat konfransında Prezident bu fikirləri bildirmişdir. “Bu istiqamətdə çox önəmli addımlar atılır. Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu bizim niyyətimizi göstərir. Memorandumun icrası və sürətlə icrası, vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır.
Dünən mənim 30-a yaxın almaniyalı iş adamı ilə görüşüm olmuşdur. İki saata yaxın davam edən bu görüşdə Azərbaycana, Azərbaycan iqtisadiyyatına, imkanlara Almaniya biznesi tərəfindən böyük diqqətin şahidi oldum. O cümlədən bərpaolunan enerji növlərinin birgə işlənməsi və istismarı istiqamətində çox gözəl imkanlar var, bu barədə də bu gün biz fikir mübadiləsi apardıq. Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir və artıq bir neçə kontrakt imzalanıb. Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəkdir”.
Bu fikirlər onu göstərir ki, Avropanın əsas güclərindən olan Almaniya ilə əmıkdaşlıq bizə yeni üstünlüklər qazandıracaq.
Əziz Mikayılov,
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həkim-anestezioloq