• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ümummilli Lider qadınlarımızın zəhmətini həmişə yüksək dəyərləndirmişdir

  • 16.03.2023, 20:24, Baxış sayı:
  • 142
Ümummilli Lider qadınlarımızın zəhmətini həmişə yüksək dəyərləndirmişdir
Nurlu sima olan müdrik şəxsiyyət Heydər Əliyev haqqında danışmağa, xatirələr söyləməyə hər kəsin ürəyində sözü var. Mənim də qəlbim Ulu Öndər haqqında xatirələrlə doludur. Ümummilli lider Heydər Əliyevi yaxından görmək mənə də qismət olub.
Ümummilli lider Heydər Əliyev daim qadınlarımızın zəhmətini, cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyətini yüksək qiymətləndirmiş, onlara hər zaman böyük hörmətlə yanaşmışdır.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Azərbaycan Qadınlarının I Qurultayı təşkil edilmişdi. Onu deyim ki, bu hadisə ölkəmizin müasir qadın hərəkatı tarixində ən böyük hadisələrdən biri olmuşdur. Bu qurultayla ölkəmizdə qadın hərəkatının, onların cəmiyyət və dövlətin müxtəlif sferalarında iştirakının əsası qoyulmuşdur. Mən də həmin qurultayda iştirak edirdim.
Ulu Öndər qurultayda geniş məruzə ilə çıxış etdi, qadınların əməyinə yüksək qiymət verərək dedi: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir.”
Sonda müdrik şəxsiyyət Heydər Əliyev biz qadınlarla xatirə şəkli çəkdirdi. Bu şəkli Ulu Öndərdən əziz bir xatirə kimi saxlayıram. Buna görə özümü xoşbəxt sayıram.

Şamama ƏBİLOVA,
Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter