• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycanın liderlik keyfiyyətlərinin növbəti zirvəsi

  • 04.03.2023, 00:14, Baxış sayı:
  • 223
Azərbaycanın liderlik keyfiyyətlərinin növbəti zirvəsi
Dünyada BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına Azərbaycan 2011-ci ildə tam hüquqlu üzv kimi qəbul olunub. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Hərəkata sədrliyinə başlayıb və sonradan bu sədrlik müddəti yekdil qərarla daha bir il də uzadılıb. Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin quruma sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq göstəricisi olub.
Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı, qlobal əhəmiyyətli təklifləri bir daha Azərbaycanın liderlik mövqeyini möhkəmləndirib. Azərbaycan Qoşulmama Hərəkatının daha gücləndirilməsi, qlobal proseslərdə əhəmiyyətinin və təsirinin artırılması məqsədilə təşkilat daxilində institusional inkişaf proseslərinə yüksək səviyyədə dəstək verib. Parlament Şəbəkəsinin və Şuşa Razılaşması əsasında Gənclər Təşkilatının yaradılması Qoşulmama Hərəkatının daha da güclənməsinə, fəaliyyətini daha sistemli və tarixi varislik prinsipləri əsasında qurmasına əlavə stimul olacaq. Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu dəfə də Qoşulmama Hərəkatının beynəlxalq təsisat kimi qlobal arenada daha nəzərəçarpan və səmərəli rol oynaması, eləcə də yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməsi istiqamətində yeni və mühüm təkliflərlə çıxış etməsi də bir daha yüksək diqqətə səbəb olub. Azərbaycan Liderinin Fransanı Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırması, həmçinin BMT daxilində aparılmalı olan islahatlar çərçivəsində Təhlükəsizlik Şurasının tərkibinin Qoşulmama Hərəkatı hesabına genişləndirilməsi barədə çağırışı xüsusilə təqdirəlayiq şəkildə qarşılanıb. Eyni zamanda, BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edən Azərbaycan Prezidenti bu dəfə iqlim dəyişikliyindən, su qıtlığından, ərzaq çatışmazlığından əziyyət çəkən, məcburi miqrasiyaya məruz qalan Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasının dəstəklənməsi barədə təkliflə çıxış etməsi, xüsusilə də jest edərək qeyd edilən məqsədlər üçün bu başdan ilk donor ölkə kimi 1 milyon ABŞ dolları məbləğində vəsait ayrıldığını bəyan etməsi, eyni zamanda, Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyasını ortaya qoyması bu dəfə də Azərbaycanın və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qlobal proseslərdə liderlik etmək keyfiyyətlərini isbatlayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Mövcud beynəlxalq təhlükəsizlik arxitekturasının köklü dəyişikliklərlə üzləşdiyi, multilateralizmin təhlükə altına düşdüyü, beynəlxalq hüququn norma və prinsiplərinin aşındığı bir zamanda dövlət başçımızın irəli sürdüyü təkliflər qlobal problemlərin həllinə və yeni dünya düzəninin formalaşması fonunda yeni inkişaf meyllərinin yaranmasına dəstək olacaq.

Sübhan Xəlilov,
Sabirabad RİHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter