• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycanın qlobal həmrəyliyə verdiyi önəmin təzahürü

  • 03.03.2023, 20:04, Baxış sayı:
  • 211
Azərbaycanın qlobal həmrəyliyə verdiyi önəmin təzahürü
Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqətindədir. Martın 2-də Bakıda öz işinə başlayan, 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, 5 ölkənin prezidentlərinin, üç ölkənin vitse-prezidentlərinin, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, eyni zamanda, nazirlərin, nazir müavinlərinin, səfirlərin qatıldıqları Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü bu gün dünyada baş verən hadisələrin, mövcud çətinliklərin təhlili fonunda səylərin birləşdirilməsi çağırışının aktuallığını nümayiş etdirir. Bu tədbir Azərbaycanın qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.
Ölkəmiz daim dünyaya sülh, əməkdaşlıq, birlik, həmrəylik çağırışlarını edir, bunu nəinki sözdə, əməldə təsdiqləyir. Azərbaycan-Qoşulmama Hərəkatı, həmçinin təşkilata üzv dövlətlər arasında münasibətlərin hazırkı inkişaf səviyyəsi qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Zirvə görüşündə çıxış edən dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edirik. Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Azərbaycan Hərəkata qoşulduğu 2011-ci ildən bugünədək beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanıb.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi çağırışların, təkliflərin hər biri Qoşulmama Hərəkatının nüfuzunun artırılmasına xidmət edir. Bu məqamı qeyd etməliyik ki, Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdu. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürü, dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının dövlətimizin siyasətinə verdiyi dəstəyin ifadəsi idi. Ötən il Hərəkata üzv dövlətlərin yekdil qərarı əsasında Azərbaycanın sədrlik müddətinin bir il, 2023-cü ilin sonunadək uzadılması bir daha ölkəmizin artan nüfuzunun təqdimatı oldu. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə daim Hərəkatın inkişafına, söz sahibliyinə böyük töhfələr verir. Hazırda Qoşulmama Hərəkatı qlobal məsələlərin müzakirə edildiyi platforma kimi diqqətdədir.

Rüfər Şahəliyev,
Sabirabad rayon sakini, fəal gənc
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter