• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Heydər Əliyev Azərbaycanın indiki və gələcək nəsilləri üçün əbədi örnəkdir

  • 02.03.2023, 00:00, Baxış sayı:
  • 266
Heydər Əliyev Azərbaycanın indiki və gələcək nəsilləri üçün əbədi örnəkdir
Hər bir azərbaycanlının qəlbində yüksək insani dəyərliliyi ilə unudulmaz izlər buraxan, adı zaman və məkan hüdudlarını, yaşadığı dövrün sərhədlərini aşan, ideyaları və əməlləri təkcə dünənin deyil, bu günün və sabahın simasını müəyyənləşdirən misilsiz Öndər, böyük azərbaycanlı, ictimai tarixi fenomen Heydər Əliyevin ömür yolu, zəngin ictimai siyasi fəaliyyəti müasir tariximizdə mühüm və şərəfli mərhələni təşkil edir.
Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. 1993-cü il 3 oktyabr tarixində keçirilən seçkilərdə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
XX əsrin sonunda Azərbaycan xalqının əldə etdiyi ən böyük nailiyyəti, heç şübhəsiz, dövlət müstəqilliyinin bərpası və müasir Azərbaycan dövlətinin yaradılmasıdır. Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqın milli dövlətçilik tarixində əsaslı dönüş yaratdı. Qısa vaxt ərzində həm hərbi-siyasi, həm də iqtisadi böhrandan çıxış yolları tapıldı. 1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət kimi möhkəm təməllər üzərində inkişaf etməsi, sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edən köklü dəyişikliklər və dərin islahatların həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illər də ölkə üçün həlledici illər oldu. Məhz həmin illərdə milli dövlətçiliyin möhkəm təməli qoyuldu, Azərbaycanı Respublikasının istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edildi.
Ulu Öndərimiz tufanlı və bəzən ağrı-acılı, siyasi və sosial-iqtisadı təbəddulatlardan çıxararaq sıx birliyə, iqtisadi yüksəlişə nail oldu, hüququ dövlətin və demokratik cəmiyyətin bünövrəsini qoydu, təbii sərvətləri zəngin, lakin infrastrukturu olmayan, milli intellektual potensialı dağınıq bir ölkədə möhkəm özül yaratdı, iqtisadi, elmi-texniki, mədəni resurslarımızı səfərbər edib uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirdi, daxili dəyişikliyi uğurla başa çatdıraraq ölkəni dinamik inkişaf yoluna çıxardı.İstisnasız olaraq son 50 ildə xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı yüksəliş məhz onun adı ilə bağlıdır.
Ulu öndərin siyasi hakimiyyətdə olduğu dövrdə Azərbaycan xalqının taleyində, onun ictimai, siyasi, mənəvi həyatında misilsiz xidmətlər göstərib. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndərin adı ilə bağlıdır. Məhz bu dövrdə Azərbaycan dövlətinin qadın siyasəti yeni mərhələyə qədəm qoydu. Heydər Əliyev Azərbaycan qadınlarının inkişafına, hüquqlarının qorunmasına və onların dövlət vəzifələrinə irəli çəkilməsinə diqqət və qayğı göstərmiş, Azərbaycan qadınının mərdliyini, fədakarlığını, sədaqətini, ismətini ən ali dəyərlər kimi qiymətləndirmişdir.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. O, dünya siyasətinə təsir etmək gücündə olan və qlobal miqyasda təhlillər aparmağı bacaran siyasətçi idi. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir;
Qərbə inteqrasiya yolunu tutan Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi oldu. Sonradan Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan qadınlarına verdiyi qiymət hər zaman diqqət çəkmişdir. Ulu Öndər qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir və Onun qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda yeni siyasi və iqtisadi sistem qurulmuş, ölkəmiz sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmişdir. Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır.
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur.
Millətin məhəbbətini qazanmış Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.

Heydar Yaqubov,
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter