Macarıstanla Azərbaycan arasında hər zaman sıx əlaqələr olub
- 02.02.2023, 00:09, Baxış sayı:
- 161
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan son illər öz xarici siyasət istiqamətini şaxləndirməklə düzgün strateji xətt yürüdür. Əlbəttə ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən bu günə qədər yürüdülən balanslaşdırılmış xarici siyasət daha dinamik təməllərlə irəliləməkdədir. Konstruktiv əlaqələrin qurulması təbii ki, bizim milli təhlükəsizlik maraqlarımızın təmin olunması baxımından olduqca uğurludur. Bu konteksdə 2-ci Qarabağ müharibəsi zamanı və müharibədən sonra Azərbaycan əleyhinə qəbul olunan qətnamələrə qarşı Azərbaycana dost olan ölkələrin ortaya qoyduğu mövqe ölkəmizin uğurlu xarici siyasət yürütdüyünü bir daha göstərmiş oldu.
Macarıstanla Azərbaycan arasında isə hər zaman sıx əlaqələr olub. Macarıstan türk kökənli bir xalqdır. Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. 2004-cü ildən Macarıstanın ölkəmizdəki səfirliyi yaradılıb, 2009-cu ildən isə Yunanıstanda Azərbaycan səfirliyi yaradılıb. Həmin dövrlərdən bəri iki ölkə arasındakı münasibətlər dərin olub.Cənab Prezident İlham Əliyevin Macarıstana səfəri bundan sonrakı əlaqələrin daha sıx inkişaf etməsinə zəmin yaradacaq.
Məhz Rusiya-Ukrayna müharibəsindən sonra Macarıstanın enerji təhlükəsizliyinin təminatında bir sıra problemlər ortaya çıxır. Macarıstan dövləti baxmayaraq ki, 7 ölkə ilə sərhədlənir, lakin heç bir sərhəddində dəniz ilə əhatələnməyib. Buna görə də limanları mövcud deyil və təhlükəsizliyini yalnız borular vasitəsilə təmin edir. Bu borular da Macarıstana Rusiyadan gəlir. Bu baxımdan da artıq enerji təhlükəsizliyi bir növ sual altındadır. Bu gün isə məhz Azərbaycanın bütövlükdə region və Macarsıtan üçün də enerji təhlükəsizliyinin təminatı baxımından vəd etdiyi faktorlar mövcuddur. Bu təminatda da başlıca rolu Cənub Qaz Dəhlizi layihəsi oynayır. Bütün bunları nəzərə alsaq, Macarıstan və Azərbaycan arasındakı əlaqələrin daha da inkişaf etməsi gözlənilir.
Zəminə Əliyeva,
Sabirabad rayonu Çöl Beşdəli bələdiyyəsinin sədri