30 illik həsrətdən sonra Şuşanı ziyarət etmək,o müqəddəs torpaga qədəm qoymaq,füsunkar,əsrarəngiz,ecazkar gözəlliklər məskənini seyr etmək hər bir vətənpərvər insan kimii mənim də ən böyük arzum idi.Bu ustəyimə qovuşdugum kövrək,duygusal və qürurverici anlarin sevincini bu gün də yaşayıram.
Bu ilin may ayında Heydər Əliyev fondunun və Dövlət Turizm Agentliyinin təşkilatciligi ilə Azərbaycanin mədəniyyət paytaxtı Şuşada kecirilən birinci Beynəlxalq Kulinariya Festivalına iştirakcı kimi mən də qatılmışdım.Dəfələrlə müxtəlif Beynəlxalq festivalların iştirakcısı olsam da bu tədbir daha zövqlu, daha təmtəraqlı cazibədar tərtibatı ilə göz oxşayırdı.İştirakcılarin əylənməsi.istirahəti və qidalanması ücün təşkilatcılıq ışləri yüksək səviyyədə həyata kecirilmişdı.
Beynəlxalq Kulinariya Festivalında Almaniya, Avstrya, Cin, Fransa, Cürcüstan, İndonaziya, İran, İsrail, İtaliya, Moldaviya, Türkiyə, Yaponiya ölkələrinin kulinarları öz milli mətbəxlərini nümayiş etdirməklə yanaşı, həm də maddi mənəvi dəyərlərini, mədəniyyətlərini əks etdirən sərgilər,musiqi və əyləncəli proqramlar təqdim etməklə festivala xüsusi rəng qatırdılar.
Kulinariya Festivalinda Azərbaycanin müxtəlif bolgələri Abşeron, Xızı, Bakı, Daglıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran - Astara, Mərkəzi Aran, Naxcıvan, Qarabag, Quba-Xacmaz, Şəki - Zaqatala va digər regionlari da təmsil olunurdular.
Festival gözəlliklər məskəni olan Şuşaya yeni bir gözəllik də bəxş etmişdi.Göz oxşayan, fərqli formatda quraşdırilmış pavilyonlarda hər bir ölkə özünəməxsus bədii proqramlar,tamaşalar,konsertlər,sərgilərlə cıxış edir,iştirakcılara yüksək səviyyədə mədəni xidmət göstərirdilər.
"Şuşa ili" cərcivəsində kecirilən Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalı bu şəhərin gözəlliyini,qadimliyini, Azərbaycan xalqının qonaqpərvərliyini bir daha nümayiş etdirən ləziz təamlar bayramı kimi yaddaşlarda qalacaq,tarixi bir gün kimi daim xatırlanacaq.
Şükufə Əsgərova,
"Əməkdar mədəniyyət işcisi"