• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Apteklərdə yod tapılmır?

  • 20.10.2022, 16:43, Baxış sayı:
  • 244
Apteklərdə yod tapılmır?
Son günlər dəyişkən havalarla əlaqədar olaraq soyuqdəymə halları artıb. Bunun qarşısını almaq üçün istifadə olunan dərman preparatları ilə yanaşı yoda olan təlabat da artıb. Lakin Sabirabadda yaşayan bəzi sakinlər apteklərdə yod tapmadıqlarından şikayətlənirlər.
Vətəndaşların sözlərinə görə, artıq bir neçə aydır ki, apteklərdə yod yoxdur. Nə vaxt gətiriləcəyi ilə bağlı da heç bir məlumat verilmir.
Bəs, bu dərman vasitəsi niyə gətirilmir?
Bu sualla cavab almaq üçün Sabirabad şəhərində yerləşən bir neçə iri aptekə müraciət etdik. Cəmi bir neçə aptekdə az miqdarda yod satıldığı məlum oldu.
Qeyd edək ki, apteklər özəl müəssisələrdir və onların dərman təminatı özəl müəssisələr tərəfindən həyata keçirilir.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter