• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Erməni cinayətlərinin dünyaya çatdırılmasının növbəti uğuru

  • 08.10.2022, 13:56, Baxış sayı:
  • 227
Erməni cinayətlərinin dünyaya çatdırılmasının növbəti uğuru
Bildiyimiz kimi Ağdam ən çox dağıntıya qalan şəhərlərdən biridir. Heç də təsadüfi deyil ki, 2001-cil ildə ABŞ-ın Kaliforniya əyalətində Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündən sonra amerikalı jurnalistin bölgəyə səfəri zamanı minarələrin arasından Ağdama baxarkən bu şəhəri Xirosima şəhərinə bənzətmişdi. Bu, bənzətmə Ağdamda dağıdıcıların hansı səviyyədə icra olunduğunu göstərir. Forum olduqca əhəmiyyətli bir forumdur. Bildiyimiz kimi oktyabrın 5-də BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. Prezident İlham Əliyev çıxış edərkən fonda dağıdılmış və viran qoyulmuş Ağdamın görüntüləri və qonaqların əyləşdiyi məkanın məhz Ağdamda ən müasir standartlar çərçivəsində tikilməsi ikili bir təzadın – Azərbaycan ilə Ermənistan arasında müqayisə aparılmasına imkan verir.
Prezident İlham Əliyevin forumda verdiyi mesajlar çox önəmli idi. Eyni zamanda BMT çərçivəsində keçirilən belə bir konfrans həm də BMT-nin özünün artıq bu prosesin içərisində olmasını gərəktirən bir mesaj idi. Bildiyimiz kimi BMT-nın dörd qətnaməsi qəbul edildi. Lakin həmin qətnamələr BMT-nin özünün məcburetmə mexanizmlərinin olmaması, eləcə də qarşımızda Ermənistan kimi sabotajçı bir dövlətin olmasından solayəı bu qətnamələr icra olunmadı. Bu günə qədər Azərbaycan işğaldan azad etdiyi ərazilərdə yenidənqurma və quruculuq işlərini həyata keçirir. Nəzərə alsaq ki, bu proses milyardlarla dollar sərmayə tələb edən bir işdir. Bu günə qədər bu prosesin böyük bir hissəsi aparılır və Azərbaycan bu günə heç bir beynəlxalq banka müraciət etməyib.
Prezident İlham Əliyevin müvafiq bölgələrə səfər etməsi və daimi olaraq həmin ərazilərdən mesajlar ötürməsi olduqca əhəmiyyətlidir. Əvvəla bu, yenidənqurma işlərinin daha uğurlu şəkildə aparılmasının göstəricisidir. Bugünkü görüşlər isə artıq formatı dəyişib. Bu gün biz yenidənqurma işlərimizin bölgəyə hansı formatda sülhü gətirəcəyimizin görüntünü bütün dünyaya bəyan edir.

Bilal Muxtarov,
Sabirabad Gənclərin Kariyera
və İnkişaf Mərkəzinin əməkdaşı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter