• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Sabirabadda veb-proqramlaşdırma üzrə təlimlər həyata keçirir

  • 05.10.2022, 22:28, Baxış sayı:
  • 160
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Sabirabadda veb-proqramlaşdırma üzrə təlimlər həyata keçirir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində bir sıra əsaslı işlər planlaşdırır.
“Gənclərin İKT sahəsində mütəxəssis kimi yetişməsi və onların intensiv təhsili üçün təqaüd təqdim edən “Technest” yarandığı gündən bu sahədə peşəkar kadr siyasətini həyata keçirir. Hər kəs üçün əlçatan təhsil imkanı yaradan bu proqramdan 12 yaşdan yuxarı Azərbaycan vətəndaşları faydalana bilər. “Technest”in bu il üçün əsas məqsədlərindən biri Azərbaycanda İKT savadlılığını artırmaq, bu sahə üzrə yerlərdə intensiv və peşəkar tədrislərin keçirilməsini təmin etməkdir. Proqramın ilk ilində pilot layihə olaraq Sabirabadda veb-proqramlaşdırma üzrə təlimlər həyata keçirilir.
Məhz bu istiqamətdə, Təqaüd Proqramı daha geniş coğrafiyalara yayılaraq növbəti regionların Gəncə, Mingəçevir, Lənkəran, Zaqatala, Naxçıvan olmasını hədəfləyir.
2022-2023 tədris ilində ixtisasların sayının 50-dən yuxarı olması planlaşdırılır. Əmək bazarında tələb yaranan sahələr üzrə ehtiyacın ödənməsini nəzərə alaraq, data analitika, 3D dizayn, üst səviyyə proqramlaşdırma, data elmi, rəqəmsal marketinq, oyunların hazırlanması, testinq, sistem və şəbəkə inzibatçılığı kimi kurslar araşdırılaraq yeni akademik ilin planına daxil edilib, onlardan bir hissəsinə qeydiyyat artıq elan olunub.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter