Sabirabad Regional ASAN xidmət mərkəzində vətəndaşlara təhsil xidmətinin təşkili nəzərdə tutulub
- 19.09.2022, 18:02, Baxış sayı:
- 443
Facebook
Вконтакте
Одноклассники
Google+
Bunu Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu il ASAN xidmət mərkəzlərində 1673 nəfərə təhsil xidmətləri göstərilib: "Təhsillə bağlı elektron xidmətlər müxtəlif platformalar üzərindən aparılır. Məsələn, şagird qəbulu, yerdəyişməsi və s. Bu ilin sonuna qədər bütün elektron təhsil xidmətlərinin portal.edu.az platforması üzərində cəmləşdirmək niyyətindəyik".
S.Rzayev bildirib ki, daha 6 rayonda - Bərdə, Şəmkir, Lənkəran, Yevlax, Şəki və Sabirabadda ASAN xidmət mərkəzlərində təhsil xidmətlərinin təşkili nəzərdə tutulub.