• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ağsuda sabirabadlı qonağı öldürən şəxs: “O, qardaşımın sözlüsünü qaçırmışdı”

  • 21.07.2022, 23:32, Baxış sayı:
  • 400
Ağsuda sabirabadlı qonağı öldürən şəxs: “O, qardaşımın sözlüsünü qaçırmışdı”

Şəki Ağır Cinayətlər Məhkəməsində Ağsuda tanışını qətlə yetirməkdə təqsirləndirilən Orxan Qaçayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
“Muganinsesi.az”ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında Ağsu rayonunun Padarqışlaq kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü O.Qaçayev şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı bıçaqla Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədkərim Dərgahlıya xəsarətlər yetirərək qətlə yetirib.
M.Dərgahlı hadisədən əvvəl Padarqışlaq kəndinə qonaq gəlibmiş.
O.Qaçayev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə istintaqı zamanı O.Qaçayev elan olunmuş ittihamla özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Ağsu rayonu Padarqışlaq kəndində yaşamaqla atasının dayısı nəvəsi olan Məmmədkərim Dərgahlı ilə uşaqlıqdan münasibətləri yaxşı olub: “5 oktyabr 2021-ci il tarixdə Məmmədkərim əmim Asifin qızı Aytac Qaçayevanı qaçırtdı. Daha sonra əmim və ailəsi Ağsu Rayon Polis Şöbəsinə müraciət etdi. Lakin Məmmədkərim Aytacı evinə qaytarmadı. Aytacın Məmmədkərimlə qaçmasını qızın xalası, mərhumun isə əmisi arvadı Xəyalə və onun əri İlyas təşkil etmişdi. Aytacla kiçik qardaşım Tural sözlü idi. Aytacın Məmmədkərimlə qaçmasında Xəyaləni günahlandıraraq bir neçə dəfə onunla mübahisə etdik. Buna görə Məmmədkərim bir neçə dəfə mənə və qardaşım Elxana zəng edərək əmisi arvadı Xəyaləni incitdiyimizə görə bizi hədələdi. 13 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində heyvanları otlaqdan evə gətirdim. Elxanla birlikdə evdə olanda Məmmədkərim Dərgahlının qardaşım Elxana tez-tez zəng etdiyini gördüm. Bu zaman telefonu Elxandan alaraq Məmmədkərimlə danışdım. Telefona cavab verən kimi Məmmədkərim mənə “kəndə gəlmişəm, əgər kişisizsə görüşək” dedi. Həmin vaxt telefonda bir-birimizə qarşı nalayiq ifadələr işlətdik. Məmmədkərim görüşüb məsələni aydınlaşdırmaq üçün məni kənd ərazisində “Asfaltın kənarı” deyilən yerə dəvət edi. Bundan sonra evdən çıxdım. Həmin vaxt qardaşım Elxan da mənimlə birlikdə evdən çıxdı. Elxana Məmmədkərimin evimizə hücum edə biləcəyini, buna görə evin yaxınlığında gözləməsini bildirdim.
“Asfaltın kənarı” tərəf getdik. Oraya çatdıqda Məmmədkərimi görmədiyimə görə mobil telefonla zəng etdim. O, zəngə cavab vermədi və bir qədər sonra Məmmədkərimə zəng edərək oraya çatdığımı söylədim. Bir qədər sonra Məmmədkərimin İlyasın evi tərəfdən gəldiyini gördüm. Onlara tərəf qaçmağa başladım, çatar-çatmaz Məmmədkərim mənə yumruq atdı. Yumruqdan özümü qaçırdım, daha sonra şalvarın cibində olan bıçağı çıxarıb ona iki-üç dəfə zərbə endirdim. Həmin vaxt uzaqdan qadınların bizə doğru qaça-qaça gəldiklərini gördüm. Dərhal asfalt yola qaçaraq oradan uzaqlaşdım. Bir qədər getdikdən sonra bıçağı asfalt yolun kənarındakı yulğunluğa tulladım və arxa yolla yenidən yaşadığım evə gəldim. Evə çatdıqda orada olan qardaşlarım Turalla Elxanın da evdə olduğunu gördüm. Onlara Məmmədkərimi bıçaqla vurduğumu bildirdim. Bir qədər sonra Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları kəndə gəldi. Paltarımı dəyişdikdən sonra polis əməkdaşları ilə birlikdə şöbəyə getdik”.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter